No Image
No Image

Laçında saxlanılan erməni əsgəri təhvil verildi - RƏSMİ

Laçında saxlanılan erməni əsgəri təhvil verildi - RƏSMİ
Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, Artur Kartanyanın yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib.

A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə, onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.

Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

FHN tənqidlərə CAVAB VERDİ

Fövqəladə Hallar Nazirliyi Yasamalda baş verən yanğınla bağlı daha bir açıqlama yayıb. Sfera.az xəbər verir ki, açıqlamada yanğın zamanı yanğınsöndürənlər...

Azərbaycanda açıq havada toyların keçirilməsinə icazə veriləcək? - Prezidentin köməkçisi AÇIQLADI

"Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”.   Sfera.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin kömə...

Azərbaycandan uçuşlar üçün COVID-19 pasportu tələb olunacaq

"Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən avi...

Laçında saxlanılan erməni əsgəri təhvil verildi - RƏSMİ

Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan sil...

Əkin sahələri bu il də susuz qalacaq – Ekspert həll yolunu AÇIQLADI

Azərbaycanda 2019 və 2020-ci illərdə quraqlığın müşahidə edilməsi bitkiçilik məhsullarının istehsalına mənfi təsir göstərmişdi. Yağışların az yağması xüsusən də...

Bu uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb olunmayacaq - Baş nazirdən QƏRAR

Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uç...