No Image
No Image

"Legiya"nın baş məşqçisi Mahir Emrelidən danışdı

Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışıb.

Sfera.az xəbər verir ki, 51 yaşlı mütəxəssis "Legionisci" nəşrinə müsahibəsində 24 yaşlı hücumçunun bu gün tibbi müayinədən keçdiyini xatırladıb.

Polşalı baş məşqçi Emrelinin bəzi testlərinin qaldığını söyləyib: "Hər şey qaydasında olsa, dərhal məşqlərə başlayacaq".

Qeyd edək ki, Mahir Emrelinin tezliklə "Legiya" ilə müqavilə imzalayacağı gözlənilir. Sözləşmə müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 3 il olacaq. Forvard 2015-ci ildən "Qarabağ"ın formasını geyinib. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. O, Premyer Liqada ötən mövsüm 18 qolla bombardirlik yarışında ikinci olub.

(Report)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR