No Image
No Image

Məscidlərə giriş COVID-19 pasportu ilə olacaq - QMİ AÇIQLADI

Məscidlərə giriş COVID-19 pasportu ilə olacaq - QMİ AÇIQLADI
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.
 

QMİ-nin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, dini ibadətlər (dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaq şərtilə)) təşkil edilməlidir.

Yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır.

Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir. İbadət yerində olarkən onların arasındakı məsafə 4 bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə isə daha çox olmalı, məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidir.

Eləcə də ibadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalı, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.

İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVİD-19 pasportuna malik olan şəxslər içəri buraxılmalı və onların tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

Məscidlərin imamları, icma sədrləri və digər ibadət yerlərinin məsul şəxsləri bu qaydaların icrasına nəzarət etməlidirlər. Bütün bu qaydalar tezliklə sərbəst şəkildə ibadət şəraitinin bərpa olunması məramına xidmət etməklə müvəqqəti xarakter daşıyır.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ərdoğan məcburi köçkünlərə çağırış etdi

 "Qarabağ Zəfərindən kimsə narahat olmasın. Çünki bu Zəfər ədalətin, barışın, qəlbin Zəfəridir”. Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəc...

Cıdır düzündən rəngarəng - FOTOLAR

Bakı Media Mərkəzi bu gün Şuşada Cıdır düzündə təşkil olunmuş "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyasından rəngarəng fotolar ya...

Azərbaycanda açıq havada toyların keçirilməsinə icazə veriləcək? - Prezidentin köməkçisi AÇIQLADI

"Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”.   Sfera.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin kömə...

Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Sfera.az xəbər verir ki, bu, uzun illər işğal altında olan Azərbaycan torpaqlarının əsarətdən qurtuld...

Daha 25 nəfər COVID-19-a yoluxdu, 2 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti ...

Sabah və bazar günü avtobuslar İŞLƏYƏCƏK

15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimd...