No Image
No Image

Metroda eskalator dəfələrlə dayandırıldı - Sərnişinlərin həyatı üçün təhlükə yarandı

Metroda eskalator dəfələrlə dayandırıldı - Sərnişinlərin həyatı üçün təhlükə yarandı
Bu gün səhər saatlarında "Bakı Metropoliteni"nin "Şah İsmayıl Xətai" stansiyasındakı eskalatorların birində nasazlıq yaranıb.

Şahidlər "Report"a bildirib ki, hərəkətdə olan eskalatorun qəfildən dayanması sərnişinlərin həyatı üçün təhlükə yaradıb.

Bu zaman eskalatorda olan polislər bələdçilərə xəbərdarlıq edərək eskalatorun işlək vəziyyətə gətirilməməsini tələb ediblər.

Xəbərdarlığa baxmayaraq, eskalator yenidən işlək vəziyyətə gətirilib və təkrar dayandırılıb. Polisin xəbərdarlığı və eskalatorun yenidən işə düşməsi daha bir dəfə təkrarlanıb. Bu isə sərnişinlər arasında yenə də narahatlığa səbəb olub. Beləliklə, eskalatorun işlək vəziyyətə gətirilməsi bir neçə dəfə təkrarlansa da, hərəkət etməyib. Nəticədə sərnişinlərin bir qismi metrodan bayıra piyada çıxmalı olub.

Qeyd edək ki, "Şah İsmayıl Xətai" stansiyasının eskalatorlarında oxşar hal iyunun 1-də və metronun açıq olduğu əvvəlki vaxtlarda da dəfələrlə müşahidə olunub.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sayta açıqlamasında deyib ki, eskalatorun dayanmasına səbəb sərnişinlərdən birinin ehtiyatsızlıqdan təhlükəsizlik düyməsinin basması olub:

"Metronun təlimat qaydaları var və əməkdaşlarımız həmin təlimata uyğun hərəkət edirlər. Əgər dayanma varsa mütləq qaydada eskalatora baxış keçirilir və metro əməkdaşları təhlükəsizliyə tam əmin olduqdan sonra həmin eskalatoru işə salırlar”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda sürücü icra başçısının mülklərini satıb qaçdı - İDDİA

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çox çətin duruma düşüb. Məlumatlı mənbələr iddia edirlər ki, onun illərlə topladığı, sürücüsü Mahir...

Şəkidə FACİƏ: 25 yaşlı gənci sel apardı - FOTO

Şəkidə 25 yaşlı gənci sel aparıb. Sfera.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Kiş kəndində, Qurucana çayında qeydə alınıb. Çaya gə...

Metroda eskalator dəfələrlə dayandırıldı - Sərnişinlərin həyatı üçün təhlükə yarandı

Bu gün səhər saatlarında "Bakı Metropoliteni"nin "Şah İsmayıl Xətai" stansiyasındakı eskalatorların birində nasazlıq yaranıb. Şahidlər "Report"a bildirib ...

Penitensiar xidmətin əsgəri özünü güllələyərək İNTİHAR ETDİ

 Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib. Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov Sfera.az-ın sorğusuna cavab olaraq məlu...

Bazarlarda niyə tez-tez yanğınlar olur? - Ekspert potensial təhlükələrdən danışdı

"İş yerlərində, obyektlərdə, istehsalat və iri ticarət mərkəzlərində çalışan işçilər üçün təhlükəsiz əmək şəraiti olmalıdır ki, bədbəxt qəzalar, yanğın hadisələ...

Oqtay Gülalıyevin oğlu qəzaya düşdü - Başı zədələnib

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşüb.  Sfera.az "Turan" agentliyinə istinadən xəb...