No Image
No Image

Müdafiə Nazirliyi gecə baş verənlərin DETALLARINI AÇIQLADI

Müdafiə Nazirliyi gecə baş verənlərin DETALLARINI AÇIQLADI
Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər", - nazirlikdən bildirilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlu göldə çimərkən boğularaq həlak olub. Sfera.az xəbər verir ki, bu barədə ca...

Koronavirusa yoluxma sayı açıqlandı

  Azərbaycanda bu gün koronavirus infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...

Təhsil Tələbə Krediti Fondu yaradılır - FƏRMAN

Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini geniş...

Van Dammın azərbaycanlı gəlini kimdir? – FOTO

Məhşur kino ulduzu Jan-Klod Van Damm oğlu Kristofer Van Damm azərbaycanlı pianoçu, Prezident təqaüdçüsü, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı Suada Hacıza...

Laçında iki hərbi qulluqçumuz həlak oldu - RƏSMİ

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzas...

Ərdoğan məcburi köçkünlərə çağırış etdi

 "Qarabağ Zəfərindən kimsə narahat olmasın. Çünki bu Zəfər ədalətin, barışın, qəlbin Zəfəridir”. Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəc...