No Image
No Image

Mustafayev iranlı nazirlə görüşdü

Mustafayev iranlı nazirlə görüşdü
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 9-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşüb.

Sfera.az xəbər verir ki, Məhəmməd Eslami Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və qələbə münasibəti ilə Azərbaycan xalqını və dövlətini təbrik edib.

Azərbaycan-İran əlaqələrinin dövlət başçılarının siyasi iradəsi ilə müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin həm Azərbaycan ilə İran arasında, həm də bütün regionda yeni əməkdaşlıq imkanlarının açdığı qeyd olunub. Həmçinin Azərbaycan-İran sərhədinin tam bərpa olunmasının iki ölkə arasında yeni layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib.

Görüşün sonunda Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponenti olan körpü, avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DTX rəisi Pakistan Quru Qoşunları komandanı ilə görüşdü

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Quru Qoşunları kom...

"Xankəndidə qarşıdurmanın güclənməsi və seperatçıların bir-birlərinə atəş açmaları an məsələsidir..."

"Robert Köçəryan parlament seçkilərindəki məğlubiyyətini həzm edə bilmir, depressiya içindədir. O özünü müxalifətdə görə bilmir, hətta parlamentdə deputat kimi ...

Əfqanıstan Talibana təslim edilir? – Politoloq baş verənlərin Azərbaycana təsirindən danışdı

"ABŞ-ın Əfqanıstandan 20 ildən sonra qoşununu çıxarması, Talibanın növbəti dəfə hakimiyyətə gəlməsinə şans yaradıb”. Sfera.az bildirir ki, bunu politol...

"Dini rəhbərləri çiynində silahla "öldür" əmri verir" - Ermənilərin Xocavənd və Kəlbərəcərə gəlməsinin arxasında nələr dayanır?

Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağda yaşayan bir qrup erməni zəvvar Amaras və Gəncəsər monastırlarını ziyarət edib. Belə ki, Xocavənd və Kəlbəcər ...

Ceyhun Bayramov: "Azərbaycan YUNESKO və BMT QAK-dan cavab gözləyir"

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaq...

Payızda Azərbaycanda referendum keçiriləcək? - AÇIQLAMA

Milli Məclisin deputatı Tahir Kərimli payızda referendum məsələsinin müzakirəyə çıxarılacağını və burada proporsional seçki sisteminin bərpasının da gündəmə gət...