No Image
No Image

Nərminin atası ona pul təklif olunduğunu bildirir

Nərminin atası ona pul təklif olunduğunu bildirir
Bu gün, iyunun 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə 10-yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun məhkəməsi başlayıb.

"Burada deyilir ki, mən işgəncələrə məruz qalmamışam. Mən istintaq təcridxanasına gətiriləndə orada şəkillərimi, videomu çəkdilər. Həmin foto- və videoçəkilişlər məhkəməyə təqdim olunsun", - o, prosesdə bildirib.

İ.Süleymanovun bu xahişini nəzərə almayan hakim D.İmanov vəkil Əlibaba Rzayevin iclasda video və fotoçəkiliş aparılması ilə bağlı vəsatətini də təmin etməyib.

Daha sonra vəkillər İ.Süleymanovun həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət veriblər. Lakin bu vəsatət da təmin olunmayıb.
Vəkillərin digər vəsatəti şahidlər siyahısına 10 şahidin əlavə olunması ilə bağlı olub. Dövlət ittihamçısı həmin şahidlərdən birinə etiraz edərək məsələni məhkəmənin öhdəliyinə buraxdığını söyləyib. Məhkəmə isə bu vəsatəti baxılmamış saxlayıb.

"Elə bildim ki, digər nənəsigildədir"

Zərərçəkmişin hüquqi varisi kimi tanınan Nərmin Quliyevanın atası Şərif Quliyev isə bildirib ki, 2019-cu il noyabrın 21-də məktəbdən gələndən Nərminə əmisigildən gödəkcəsini gətirməyini tapşırıb: "Dedim ki, gözlə bacın məktəbdən qayıtsın, bir yerdə gedərsiniz. Nərmin isə tək getdi".
 
Atasının sözlərinə görə, bir saat keçib, Nərmin gəlməyib, digər qızını onun dalınca göndərib, həmin qızı gödəkcəni gətirib, amma Nərmini görmədiyini söyləyib: "Elə bildim ki, digər nənəsigildədir".

O deyib ki, axşam saat 7-də qardaşı qızının xeyir işi ilə əlaqədar qonşu kəndə gedib: "Axşam 9-dan sonra qaynanamgilə gəldim, Nərmini axtardıq, amma o tapılmadı. Saat 10-dan sonra 102 Xidmətinə zəng etdim".

Ş.Quliyev məhkəmə ifadəsində təqsirləndirilən şəxsin qohumlarından birinin ona pul təklif etdiyini, amma bundan imtina etdiyini söyləyib.

Hələlik, bu ittihama təqsirləndirilən şəxsin qohumlarından münasibət almaq mümkün olmayıb. Amma İ.Süleymanovun ailəsi və yaxınları onun bu ölüm işində iştirakını qəti olaraq təkzib edirlər.

Məhkəmə prosesi iyunun 16-a təxirə salınıb. // Azadlıq.org

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİN-dən iş adamının kürəkəninin törətdiyi qəza ilə bağlı daha bir AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayonunda baş verən ağır yol qəzası ilə bağlı daha bir açıqlama yayıb. DİN-in Mətbuat xidmətindən Sfera.az-a daxil o...

Bakıda bacısına 4 bıçaq zərbəsi vuran şəxs tutuldu

Bəzi kütləvi informasiya vasitələrində qardaşın bacısına 10 bıçaq zərbəsi vurması və bununla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsində ara...

Bakıda mənzildə 35 yaşlı kişinin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında kö...

Bakıda adam oğruları saxlanıldı

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində əri Qədirin evdən getməsini, saat 20 radələrində o...

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum oldu

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub. ...

Azərbaycanda qadına qarşı zorakılıq edən məmur saxlanıldı

Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb. Artıq sözügedən məmura cinayət işi açılıb. İlkin məlumata əsasən...