No Image
No Image

Paşinyanın bu bəyanatı avantüradır

Paşinyanın bu bəyanatı avantüradır
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbyacanda əsirlikdə olan erməni diversantların əvəzinə oğlu Aşotu Azərbaycan Prezidenti İlham Əliyevə təhvil verməyə hazır olduğunu bəyan edib.

"Mən Əliyevlə rəsmi olaraq danışıram. Azərbaycanda əsirlikdə olan erməni diversantların əvəzinə oğlum Aşotu təklif edirəm”, – deyə Nikol Paşinyan bildirib.
Qeyd edək ki, o bu bəyanatı keçmiş prezidentlər Serj Sarkiyan və Robert Koçaryanın qınağına cavab olaraq verib.

İndi Ermənistan seçki ərəfəsindədir. Bütün qüvvələr diqqətini 11 gündən sonra baş tutacaq prosesə yönəldib. Ona gərə də tərəflərin bir-birini ittiham, seçicilər qarşısında xal toplamaq üçün pafoslu çıxışlar etmələri gözləniləndir. Bu mənada aydın görünür ki, Paşinyanın əsir erməni diversantların əvəzinə oğlunu təhvil vermək niyyəti də məhz seçiçilərin ürəyini almağa hesablanmış addımdır. 
 
Belə ki, seçki dönəmində baş verən hər hansı bir neqativ hadisə istər-istəməz hakimiyyətdə olan qüvvənin nüfuzuna mənfi təsir göstərir.  Azərbaycan sərhədini pozan terrorçu diversantların qanun çərçivəsində məsuliyyətə cəlb edilərək, ermənilərin istədiyi kimi geri təhvil  verilməməsindən erməni müxalifəti Paşinyana zərbə vurmaq üçün "yararlanmağa” çalışır.  Paşinyan da bu müstəvidə məhz seçkiyə qədər özünü sığortalamaq üçün sözügedən təklifdə bulunub. 
 
Özü də bilir ki, bu sərsəm təklifi reallaşan deyil.  Sərhədi pozan erməni diversantları qarşı tərəfdə dinc insanların ölümünə bais olublar. Ona görə də onlar qanun qarşısında cavab verməlidirlər və verəcəklər. Bu fonda oğlunun həmin diversantlarla dəyişdirilməsi təklifi avantüradan başqa bir şey deyil və qalmaqal yaratmağa hesablanıb.
 
Rüfət SULTAN
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Xankəndidə qarşıdurmanın güclənməsi və seperatçıların bir-birlərinə atəş açmaları an məsələsidir..."

"Robert Köçəryan parlament seçkilərindəki məğlubiyyətini həzm edə bilmir, depressiya içindədir. O özünü müxalifətdə görə bilmir, hətta parlamentdə deputat kimi ...

Əfqanıstan Talibana təslim edilir? – Politoloq baş verənlərin Azərbaycana təsirindən danışdı

"ABŞ-ın Əfqanıstandan 20 ildən sonra qoşununu çıxarması, Talibanın növbəti dəfə hakimiyyətə gəlməsinə şans yaradıb”. Sfera.az bildirir ki, bunu politol...

"Dini rəhbərləri çiynində silahla "öldür" əmri verir" - Ermənilərin Xocavənd və Kəlbərəcərə gəlməsinin arxasında nələr dayanır?

Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağda yaşayan bir qrup erməni zəvvar Amaras və Gəncəsər monastırlarını ziyarət edib. Belə ki, Xocavənd və Kəlbəcər ...

Ceyhun Bayramov: "Azərbaycan YUNESKO və BMT QAK-dan cavab gözləyir"

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaq...

Payızda Azərbaycanda referendum keçiriləcək? - AÇIQLAMA

Milli Məclisin deputatı Tahir Kərimli payızda referendum məsələsinin müzakirəyə çıxarılacağını və burada proporsional seçki sisteminin bərpasının da gündəmə gət...

Ermənistan Hindistanı əleyhimizə istifadə edə bilərmi? – Politoloq rəsmi Bakının Pakistan siyasətini şərh edir

Ötən gün prezident İlham Əliyev münaqişəli Kəşmir məsələsində Pakistanı dəstəkləyərək, Azərbaycan xalqının qardaş dövlətin yanında olduğunu bildirib. Ölkə baş...