No Image
No Image

Polis əməliyyat keçirdi - Qadın kişiyə görə ələ keçdi

Polis əməliyyat keçirdi - Qadın kişiyə görə ələ keçdi
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq etmələrinə əsaslı şübhələr olan şəxslər saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Astara rayon sakini Ş.İsayev polisə müraciət edərək axşam saatlarında işlədiyi mağazaya gələn iki nəfər şəxsdən birinin onun diqqətini yayındırdığını, digərinin isə bir ədəd sərinkeş və kassadan 750 manat pulu oğurlayaraq mağazanı tərk etdiklərini bildirib. Astara RPŞ-nin əməkdaşları həmin şəxslərin saxlanılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Məmmədov idarə etdiyi avtomobillə Ağcabədi rayonu ərazisində saxlanılıb. Saxlanılarkən cinayətin digər iştirakçısı olmaqda şübhəli bilinən Ə.Aydınovanın da sərnişin qismində maşında olduğu müəyyən edilib. M.Məmmədovun idarə etdiyi avtomobilə baxış keçirilərkən mağazadan oğurladıqları sərinkeş və ilkin araşdırma zamanı ətraf rayonlardan oğurladıqları müəyyən edilən 4 ədəd samovar aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda həmin şəxslərin digər şəhər və rayonlarda analoji cinayətlərdə iştirakını müəyyən etmək üçün araşdırmalar aparılır.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİN-dən iş adamının kürəkəninin törətdiyi qəza ilə bağlı daha bir AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayonunda baş verən ağır yol qəzası ilə bağlı daha bir açıqlama yayıb. DİN-in Mətbuat xidmətindən Sfera.az-a daxil o...

Bakıda bacısına 4 bıçaq zərbəsi vuran şəxs tutuldu

Bəzi kütləvi informasiya vasitələrində qardaşın bacısına 10 bıçaq zərbəsi vurması və bununla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsində ara...

Bakıda mənzildə 35 yaşlı kişinin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında kö...

Bakıda adam oğruları saxlanıldı

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində əri Qədirin evdən getməsini, saat 20 radələrində o...

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum oldu

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub. ...

Azərbaycanda qadına qarşı zorakılıq edən məmur saxlanıldı

Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb. Artıq sözügedən məmura cinayət işi açılıb. İlkin məlumata əsasən...