No Image
No Image

Prezident şeiri səhv oxudu, ölkə qarışdı: "Onlar meşədən gəlib..."

Prezident şeiri səhv oxudu, ölkə qarışdı:
Argentina Prezidenti Alberto Fernandez ölkədə rəsmi səfərdə olan İspaniya Baş naziri Pedro Sançes və ispaniyalı iş adamlarının qatıldığı tədbirdə Nobel mükafatçısı olan meksikalı şair Oktavio Pazın şeirini səhv oxuyub. 
 
Sfera.az xəbər verir ki, Alberto Fernandezin şeirin sözlərini qarışdıraraq "Meksikalılar yerlilərdən, braziliyalılar meşədən, amma biz argentinalılar Avropadakı gəmilərdən gəlmişik", deməsi braziliyalıların sərt reaksiyasına səbəb olub.

Ona meksikalı və argentinalı bir çox siyasət nümayəndəsindən reaksiyalar gəlib.

Prezident yol verdiyi səhvə görə sosial media hesabında üzr istəyib.

1990-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Oktavio Pazın şeirində Fernandezin qeyd etmək istədiyi hissə bu formada olub: 
"Meksikalılar Asteklərdən, perulular yerlilərdən, argentinalılar gəmilərdən gəlir”.

Alberto Fernandez tvitter hesabında etdiyi açıqlamada 20-ci əsrdə ölkəsinə olunmuş köçü xatırladaraq, "Heç kəsə zərər vermək istəmədim, amma kim inciyirsə, əvvəlcədən üzr istəyirəm", - deyə qeyd edib.

Braziliya Prezidenti Jair Bolsonaro isə yerli sakinlərlə çəkdirdiyi fotonu tvitter hesabında "Meşə!" başlığı ilə paylaşıb.

Əzizə Zeynal
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İranın yerli istehsal peyvəndi “COVIRAN Bərəkət” təcili istifadəyə verildi

İranın səhiyyə naziri Səid Nemeki COVID-19-a qarşı hazırlanmış yerli "COVIRAN Bərəkət” peyvəndinin təcili istifadəsinə icazə verildiyini açıqlayıb.   Sfe...

Ərdoğan-Makron görüşü başlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla görüşü başlayıb.   Sfera.az xərbər verir ki, görüşdə ikitərəfli məsələlər m...

ABŞ qondarma soyqırımı tanımaqdan imtina edə bilər? - "Bayden geri addım atmayacaq..."

Bu gün Brüsseldə ABŞ prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq. Görüş ö...

Putinlə Baydenin Cenevrə görüşünə görə PUA-ların uçuşu dayandırıldı

Cenevrə rəhbərliyi tərəfindən Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydenin 16 iyun görüşündən əvvəl təhlükəsizlik tədbiri olaraq elan etdiyi pilotsu...

Bayden böyük dövlətləri Rusiya və Çinə qarşı birləşdirir – Şərh

"Böyük dövlətlərin liderləri Rusiya hakimiyyətinə çağırış edərək dağıdıcı siyasətindən əl çəkməsini istəyib. Söhbət Rusiyanın qonşu dövlətlərin daxili işlərin...

Koronavirusdan xilas olmaq istəyənlər yeni "tanrıça"ya sitayiş edirlər - FOTO

Koronavirusa görə ən çox yoluxma və ölümlərin müşahidə edildiyi Hindistandan daha bir qəribə xəbər gəlib.   Sfera.az bildirir ki, "virusun yeni mərkəzi” ...