No Image
No Image

"Rəsmi Paris Cənubi Qafqaza girmək istəyir, bizə xeyir verməyəcək"- Deputat Türkiyə ilə Fransanın bir araya gəlməsindən DANIŞDI

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan və Ermənistan arasında qalıcı sülhün mövcudluğu barədə danışıb.
 
Nazir qeyd edib ki, erməni ekstremistlərin əsassız iddialarının Türkiyə-Fransa münasibətlərinə təsirinin qarşısı alınarsa, Türkiyə və Fransa birgə səy göstərərək Cənubi Qafqazın sabitliyinə daha yaxşı töhfə verə bilər.

Maraqlıdır, Çavuşoğlunun bu təklifinə rəsmi Fransanın münasibəti necə ola bilər? Qafqazda dayanıqlı sülh üçün Türkiyə və Fransa bir araya gələ bilərmi? 

Mövzu ətrafında Sfera.az-a danışan Elman Məmmədov Fransanın Cənubi Qafqaza girmə istəyinin olduğunu bildirib: 

"Bölgədə dayanıqlı sülhün olması, qonşu dövlətlər arasında əməkdaşlığın mövcudluğu hamı tərəfindən arzuolunan haldır. Lakin məsələ burasındadır ki, deyilən sözlərlə əməl üst-üstə düşmür. Yəni ortada qeyri-səmimilik var. Biz bunu həmsədr dövlət kimi Fransanın timsalında 30 ildir ki, görürük. 44 günlük müharibə dövründə və müharibədən sonra Makronun şəxsində erməni dövlətinin mövqeyi açıq görünür. Buna görə belə mövqedə olacaq dövlətin Cənubi Qafqaza xeyir verəcəyi inandırıcı deyil. Fransa tərəfinin bu yöndə hansısa açıqlama verməsi onların regiona girmə istəyi ilə əlaqədar ola bilər. Bu gün vasitəçilik missiyasını üzərinə götürən Rusiya Azərbaycandadır. Lakin biz heç onun da tutduğu mövqedən razı deyilik. Türkiyənin isə bölgədə olması həm Ermənistana, həm də Azərbaycan və Gürcüstana xeyir verə bilər". 

Deputat Rusiyadan çox hazırda Fransanın bölgə üçün risk daşıdığını qeyd edib:
 
"Çavuşoğlu gözəl bilir ki, Fransanın sözü ermənilər üçün nə dərəcədə keçərlidir. Bu baxımdan Türkiyə tərəfi bildirir ki, Fransa tərəfi səmimi olsa, riyakarlıq etməsə, Türkiyə ilə Fransanın bölgədə iştirakı yalnız xeyir gətirə bilər. Amma Fransa bu yolu tutmur, şər-böhtan yolu tutur. Tarix boyu Fransanın da, Rusiyanın da ermənilərin həyatındakı rolu danılmazdır. Lakin bunu da deməliyik ki, 44 günlük müharibə dövründə Rusiya tərəfi Azərbaycanın öz ərazisində müharibə apardığını bildirdi.. Eyni mövqeni isə biz Fransadan görmədik. Bu baxımdan Rusiyadan çox, Fransa bölgə üçün daha sərt mövqe tutub və risklidir". 

Əzizə Zeynal
Sfera.az 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Xankəndidə qarşıdurmanın güclənməsi və seperatçıların bir-birlərinə atəş açmaları an məsələsidir..."

"Robert Köçəryan parlament seçkilərindəki məğlubiyyətini həzm edə bilmir, depressiya içindədir. O özünü müxalifətdə görə bilmir, hətta parlamentdə deputat kimi ...

Əfqanıstan Talibana təslim edilir? – Politoloq baş verənlərin Azərbaycana təsirindən danışdı

"ABŞ-ın Əfqanıstandan 20 ildən sonra qoşununu çıxarması, Talibanın növbəti dəfə hakimiyyətə gəlməsinə şans yaradıb”. Sfera.az bildirir ki, bunu politol...

"Dini rəhbərləri çiynində silahla "öldür" əmri verir" - Ermənilərin Xocavənd və Kəlbərəcərə gəlməsinin arxasında nələr dayanır?

Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağda yaşayan bir qrup erməni zəvvar Amaras və Gəncəsər monastırlarını ziyarət edib. Belə ki, Xocavənd və Kəlbəcər ...

Ceyhun Bayramov: "Azərbaycan YUNESKO və BMT QAK-dan cavab gözləyir"

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaq...

Payızda Azərbaycanda referendum keçiriləcək? - AÇIQLAMA

Milli Məclisin deputatı Tahir Kərimli payızda referendum məsələsinin müzakirəyə çıxarılacağını və burada proporsional seçki sisteminin bərpasının da gündəmə gət...

Ermənistan Hindistanı əleyhimizə istifadə edə bilərmi? – Politoloq rəsmi Bakının Pakistan siyasətini şərh edir

Ötən gün prezident İlham Əliyev münaqişəli Kəşmir məsələsində Pakistanı dəstəkləyərək, Azərbaycan xalqının qardaş dövlətin yanında olduğunu bildirib. Ölkə baş...