No Image
No Image

Rövnəq Abdullayev Marius Vizerlə görüşdü

Rövnəq Abdullayev Marius Vizerlə görüşdü
Cüdo üzrə dünya çempionatının keçirildiyi Macarıstanın Budapeşt şəhərində səfərdə olan Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer arasında görüş baş tutub.

Sfera.az xəbər verir ki, görüşdə R.Abdullayev Marius Vizeri növbəti 4 il müddətinə dünya cüdo təşkilatının rəhbəri seçilməsi münasibətilə təbrik edib.

Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan R.Abdullayev ölkə idmançılarının Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən Böyük Dəbilqə turnirlərində medlallar qazandığını diqqətə çatdırıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən M.Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib.

Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda, dünya çempionatı və Olimpiya Oyunlarında da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən IJF prezidenti Bakıda ənənəvi Böyük Dəbilqə yarışlarının hər zaman yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb.

Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının mükəmməl bir konqresinin keçildiyini bildirən Marius Vizer Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevi 2-ci dəfə növbəti dörd il müddətinə qurumun İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Canni De Byazi Azərbaycan millisini tərk edə bilər

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya komandalarından birinin sükanı arxasına keçə bilər. Sfera.az-ın məlumatına görə, belə bir...

AVRO-2020: 1/8 final mərhələsinin ilk 2 cütü məlum oldu

Avropa çempionatında 1/8 final mərhələsinin ilk 2 cütünün tərkibi müəyyənləşib. Sfera.az-ın məlumatına görə, iyunun 26-da Hollandiyanın paytaxtı Amsterdam...

Teymur Rəcəbov rusiyalı şahmatçını məğlub etdi

Bu gün Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu "Grand Chess Tour” yarışının ikinci mərhələsinin blits turniri start götürüb. S...

AVRO-2020: Niderlanddan darmadağın, Avstriya 1/8 finalda

Futbol üzrə Avropa çempionatında 1/8 finalın daha bir iştirakçısı müəyyənləşib. Sfera.az-ın məlumatına görə, C qrupunda Niderland millisindən sonra, Avstr...

Türkiyəli baş məşqçi Avroliqanın ən yaxşısı seçildi

Basketbol üzrə Avroliqada ötən mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb. Sfera.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Anadolu Efes"in...

Azərbaycan kikboksçusu beynəlxalq turnirin qalibi oldu

Daşkənddə peşəkarlar arasında kikboksinqin WAKO-PRO versiyası üzrə açıq Özbəkistan turniri keçirilib. Sfera.az xəbər verir ki, Yarışda "Neftçi İdman Klubu...