No Image
No Image

Rusiya bu müqavilədən çıxır - Putin qanunu imzaladı

Rusiya bu müqavilədən çıxır - Putin qanunu imzaladı
Vladimir Putin Rusiyanın Açıq Səma Müqaviləsindən çıxması ilə bağlı qanunu imzalayıb.
 
Sfera.az xəbər verir ki, Rusiya Dövlət Hüquq İnformasiya Sistemində yayımlanan qanuna əsasən, 24 mart 1992-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində imzalanan Açıq Səma Sazişindən Rusiyanın çıxması təsdiq olunub.

İmzalanma prosesindən sonra Rusiya 6 ay ərzində müqavilədən tamamilə geri çəkiləcək.

Bundan əvvəl isə ABŞ ötən ilin 22 noyabrda Rusiya ilə silah nəzarətini tənzimləyən Açıq Səma Sazişindən çıxdığını elan edib. Rəsmi Vaşinqton mayın 27-də Moskvaya verdiyi məlumatda Co Bayden rəhbərliyinin müqaviləyə geri dönməyəcəyini bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya hərbi fəaliyyətlərdə şəffaflığı təşviq etmək, silah nəzarətini və digər razılaşmalara nəzarəti asanlaşdırılmaq məqsədilə silahsız kəşfiyyat uçuşlarına icazə verən Açıq Səma Müqaviləsini imzalayan 34 ölkə arasında yer alırdı.

Bu qərardan sonra ABŞ və Rusiyanın Strateji Silahların Azaldılması (Yeni Başlanğıc) müqaviləsindən başqa tərəfdar olduqları hər hansı müqavilə qalmadı.

Əzizə Zeynal
Sfera.az 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR