No Image
No Image

Rusiyadakı azərbaycanlılar Baş prokuror İqor Krasnova müraciət ediblər

Rusiyadakı azərbaycanlılar Baş prokuror İqor Krasnova müraciət ediblər
"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məsləhət Şurası və "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov ölkənin Baş prokuroru İqor Krasnova müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, müraciətdə 28 may 2021-ci il tarixində Novosibisk vilayətinin Moşkov rayonunda baş vermiş faciəli hadisə zamanı vətəndaş Vəki Abdullayevin Dövlət Yol Polisi (DYP) əməkdaşı Aleksandr Qusev tərəfindən qətlə yetirildiyinə diqqət cəlb edilib. Hadisə zamanı polis əməkdaşının bu cinayəti istəmədən və ehtiyatsızlıq üzündən törətdiyi istisna edilməyib.

Qeyd edilib ki, sosial şəbəkələrdə və mediada yerləşdirilən videolentdən yol polisinin heç kim üçün təhlükə yaratmayan Vəkil Abdullayevə atəş etməsinin göründüyü, halbuki həmin vəziyyətdə odlu silahdan istifadə etməyə ehtiyacın olmadığı nəzərə çatdırılıb: "Aydın məsələdir ki, A.Qusev qeyri-peşəkar və məsuliyyətsiz davranıb. Onun ehtiyatsız hərəkətləri 19 yaşlı Vəkil Abdullayevin ölümü ilə nəticələnib".

Hazırda kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirələrin aparıldığı, bəzi bədnam insanların məsuliyyətsiz açıqlamalarının, xüsusilə də "Russian Today" telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü Mariya Butinanın qətli törədən DYP əməkdaşının hərəkətlərini təqdir etməsi barədə fikrinin ölkədə vəziyyətin gərginləşdirilməsinə gətirib çıxara biləcək mübahisələr doğurduğu bildirilib.

M.Butinanın təxribat xarakterli açıqlamasının cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane ola biləcəyini qeyd edən soydaşlarımız Baş prokuroru M.Butina ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə və vətəndaş Vəkil Abdullayevin qətli ilə bağlı cinayət işinin istintaqını şəxsi nəzarətinə götürməyə çağırıblar.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Peyvənd olunmayanların işləməsi qadağan ediləcək

Rusiyada peyvənd olunmayanların işləməsinin qarşısını alacaq qanun üzərində işlənilir.   Sfera.az xəbər verir ki, bu haqda Kremlin mətbuat katibi Dmitri ...

Filippin prezidenti peyvəndlənməkdən imtina edənləri həbslə təhdid etdi

COVID-19-a qarşı çətinliklə mübarizə aparan Asiya ölkəsi Filippinin dövlət başçısı Rodriqo Duterte peyvəndlənməkdən imtina edənləri həbslə təhdid edib.   ...

Daha bir ölkədə karantin qadağaları yumşaldılır

Koreya Respublikası hökuməti koronavirusa qarşı aktiv peyvəndləmə ilə əlaqədar olaraq yaxın gələcəkdə mövcud sosial məsafə qaydalarını yumşaltmaq niyyətindədir....

Rusiya XİN-dən Ermənistandakı seçki ilə bağlı - AÇIQLAMA

"Rusiya Ermənistandakı növbədənkənar parlament seçkisinin nəticələrinin ölkənin inkişafına və Moskva ilə gələcək əlaqələrin möhkəmləməsinə kömək olacağına ümid ...

Gürcüstan prezidenti Ukraynaya səfər edəcək

Gürcüstanın prezidenti Salome Zurabişvili iyunun 23-də Ukraynaya səfər edəcək. Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasından b...

Türkiyədə bu gün 51 nəfər koronavirusdan öldü

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 51 nəfər koronavirusun qurbanı olub...