No Image
No Image

Rusiyanın əfsanəvi “Alfa qrupu" Xankəndidə? – “Seçki günü Yerevana girəcəklər, qan töküləcək”

Rusiyanın əfsanəvi “Alfa qrupu
"Rusiya Ermənistanda seçki günü və sonrakı günlərdə aktiv hərbi çevrilişə çalışır”.

Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bunun üçün Xankəndində məsuliyyət zonasında "Alfa qrupu" yerləşdirilib:

"Bu qrup məhz 2008- ci il 1 mart prezident seçkilərinin nəticələrinə etiraz üçün meydana çıxan kütləyə qarşı istifadə edilərək Serj Sarkisyanı və Robert Köçəryanı qəzəbli xalqın caynağından qurtarıb. 2008-ci il seçkilərində hakmiyyətin qalması üçün Rusiya öz çevik hərbi qüvvəsi ilə Yerevanda Köçəryan və Sarkisyanın hakmiyyətini müdafiə etdi.
 
İndi isə, müxalifətdə olan hər iki şəxsi müdafiə etmək və hakmiyyətə gətirmək üçün öz elit qüvvələrini Xankəndində saxlayır. Hər iki halda üstündən 14 il keçməsinə baxmayaraq, "Alfa” yenə də Nikol Paşinyana qarşı istifadə ediləcək. Məhz 2008-ci il mart hadisələrində Paşinyan aktiv müxalifətin önündə gedirdi”.
 
Politoloq qeyd edib ki, Köçəryan Rusiyaya kifayət qədər arxayındır: "O, seçkinin nəticələrini tanımayacağını elan edəcək. Silahlı insident yaratmağa çalışacaq və bununla etiraz aksiyaları təşkil edəcək. Daha sonra isə Rusiya Xankəndindən 'Alfa" qrupunu Yerevana gətirərək, Köçəryana dəstək verməklə hərbi çevrilişdə rol ala bilər. Ermənistanda aktiv müxalifət formalaşır və burada silahların işə düşməsi mümkündür”.

Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ermənistandan mina xəritələrini almağa davam edəcək: Növbədə hansı rayondur? – AÇIQLAMA

Ötən həftə işğaldan azad olunan Ağdam rayonunun minalanmış ərzailərinin xəritələri 15 erməni əsirin müqabilində Azərbaycan tərəfinə verildi. Qarşıdakı zama...

Ərdoğan Şuşada Azərbaycan xalqına hansı sürprizi edəcək? – "Bəlkə elə bunu nəzərdə tutur..."

"Türkiyə ilə ABŞ arasında istənilən məsələlərdə razılıq əldə olunması birmənalı olaraq Azərbaycanın və Azərbaycan-Türkiyə dostluğunun mənafeyinə xidmət edir”....

ABŞ bölgədə Rusiyanı qabaqlayır – “Günahkar isə Moskvanın özüdür...”

"Bölgə ilə bağlı humanitar məsələlərin həllində ABŞ Rusiyanı üstələməyə başlayıb”.   Bu sözləri Sfera.az-a açıqlamasında iyunun 12-də Bakı ilə İrəv...

Mina xəritələri müqabilində 15 erməni ölkəsinə təhvil verildi

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbay...

Prezidentlərin Şuşa görüşündə Azərbaycan və Türkiyə arasında hansı müqavilə imzalanacaq? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Şuşada görüş keçiriləcək.   Ərdoğan ötən gün açıql...

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sərhəddəki təxribatlara NİYƏ SƏSSİZDİR?

"Birgə Monitorinq Mərkəzi yalnız Qarabağda, burada yaşayan azərbaycanlılarla ermənilər arasındakı təmas xətti çərçivəsində fəaliyyət göstərir. Onların da funksi...