No Image
No Image

Rusiyaya tərəvəz ixrac edən istehsalçılarımız 2 aydır problemlə üzləşir

Rusiyaya tərəvəz ixrac edən istehsalçılarımız 2 aydır problemlə üzləşir
Rusiyaya tərəvəz ixrac edən istehsalçılarımız iki aydan çoxdur ki, şimal sərhəd-keçid məntəqəsində problemlə üzləşir. İstehsalçılar və ixracatçılar məhsullarını Rusiya bazarına vaxtında çatdırmaqda çətinlik çəkirlər. 

Sfera.az bildirir ki, Azərbaycanın tərəvəz məhsulları istehsalçılarının Rusiya bazarına can atması təsadüfi deyil. Çünki ölkəmizin ixrac etdiyi tərəvəz məhsullarının 90 faizindən çoxunu Rusiya alır. Rusiya bazarından yüksək asılılıq bütün çətinliklərə baxmayaraq istehsalçıları bu ölkəyə üz tutmağa məcbur edir.

Rəsmi məlumatlara əsasən, Azərbaycan 2020-ci ildə 288 min ton, 2021-ci ilin 48,1 min ton tərəvəz ixrac edib. 2020-ci ildə ixrac olunan tərəvəzin 270 min tonu, yəni 93,75 faizi Rusiyaya satılıb. 

Rusiya tərəvəz məhsulları arasında daha çox pomidor (180 min ton), kartof (69 min ton), baş soğan (7 min ton), xiyar (4,9 min ton) alıb. 

Bu məlumatlar göstərir ki, Rusiyanın Azərbaycandan tərəvəz idxalını azaltması və ya müəyyən müddət dayandırması kənd təsərrüfatı məhsulları istehsalçılarını çətin vəziyyətə salır. 

Vasif
Sfera.az


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın tədiyə balansında 325,9 milyon dollar profisit yaranıb

2021-ci ilin birinci rübündə Azərbaycanın tədiyə balansında 325,9 milyon dollar profisit yaranıb.  Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, p...

Neftin qiyməti yüksəlməyə davam edir – “OPEC+” razılaşmasına dəyişiklik ediləcək?

2021-ci ilin mayın 22-dən neft qiymətlərində yüksəliş müşahidə edilir. Qeyd edilən tarixdə dəyəri 64,8 dollar olan "Brent” markalı neftin qiyməti bu gün 73 d...

Dünyada elektron ticarət dövriyyəsi 5 trilyon dollara çatıb

2019-cu ildə həcmi 3,4 trilyon dollar olan qlobal elektron ticarət bazarı 2020-ci ildə 26 faiz genişlənərək 4,3 trilyon dolara çatıb.  Proqnozlara gö...

Hansı ölkələrin “Zəngəzur dəhlizi”ndə iqtisadi maraqları var?

""Zəngəzur dəhlizi” təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin...

Kapital Bank-ın Visa kartları ilə “Macəra yaxındadır”

Kapital Bank-ın Visa kart sahibləri artıq "Macəra yaxındadır” adlı kampaniyaya daxil olan təkliflərdən daha sərfəli şərtlərlə yararlana biləcəklər. Dövlət Tur...

Azərbaycanda adambaşına 1674 manat borc düşür

2021-ci ilin əvvəlinə olan rəsmi məlumata əsasən, dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 939 milyon manat olub. Bir il əvvəlki göstərici ...