No Image
No Image

Sabah Əli Həsənovun nəvəsinin məhkəməsidir – ÖZÜ İSƏ AVSTRİYAYA QAÇIB

Sabah Əli Həsənovun nəvəsinin məhkəməsidir – ÖZÜ İSƏ AVSTRİYAYA QAÇIB
Şərti cəza ilə azadlığa çıxan Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev hazırda sərbəst şəkildə Avstryada yaşayır və bizneslə məşğuldur. 

Sfera.az xəbər verir ki, bu barədə açıqlamasında qəzada ağır xəsarət alaraq həm özü, həm də həyat yoldaşı əlil olan, Türkiyə vətəndaşı Mutallib Tekiş deyib.
 
O, bildirib ki, Ə.Həsənovun nəvəsi heç bir məsuliyyət hiss etmədən həyatını davam etdirir.

"Ən son eşitdiyimə görə, Nail Allahverdiyev Avstriyada öz kefində idi, əylənirdi. İki nəfərin qatili və daha iki nəfərin həyatınə məhv edən şəxs heç nə olmamış kimi öz əyləncələrinə davam edir. Ata, baba pulu ilə kef edir. Bildiyim qədər, Əli Həsənovun  Almaniyanın müxtəlif şəhərlərində bir neçə otelləri və klinikaları var. Bundan başqa onun Avropanın digər ölkələrində də otelləri, klinikaları və digər obyektləri fəaliyyət göstərir”. 

Onun sözlərinə görə, qəzada ağır yaralanan həyat yoldaşı Söngül Tekişin bədəninin 80 %-i işləmir. İlk əvvəl keçdiyi müalicəni Həsənov ailəsi qarşılasa da bir müddətdən sonra söz vermələrinə baxmayaraq, bundan boyun qaçırıb. Onlar Mutallib bəyin təkidlərinə baxmayaraq, məsuliyyətdən tam boyun qaçırıblar. Hər yerdən əli üzülən cənab Tekiş bütün bu şikayətlərini toplayaraq, yoldaşı Söngül Tekişin adından 2020-ci ildə Nərimanov Rayon məhkəməsinə müraciət edib.

Şikayətçi Söngül Tekiş indiyə qədər və bundan sonra olunacaq müalicəsinin ödənişini və maddi təzminat tələb edir. İlk məhkəmə iclası sabah 18 mayda baş tutacaq.

"Sabahkı məhkəmədən ədalət gözləyirəm. Mən hüquqi tərəfdən bu insanlardan etdikləri əməllərə görə, məsuliyyət tələb edirəm. Biz bu insanlara inandıq, etibar etdik, nəvəsindən şikayət etmədik. Qarşılığında isə onlar bizə maddi və mənəvi dəyən ziyanı ödəyəcəklərinə söz verdilər. Lakin biz lazımı sənədlərə imza atdıqdan sonra, öz məsuliyyətlərindən boyun qaçırdılar. Əlil olan yoldaşımın müalicəsi davam edir. Biz artıq deyil, haqqımız olanı onlardan tələb edirik”.

Zərərçəkən söyləyib ki, bütün bunlara baxmayaraq, Əli Həsənovun ailəsi onlara biganə yanaşıb və onlarla əlaqə qurmayıblar. Mütallib bəy qeyd edib ki, bu prosesi o, Avropa məhkəməsinə qədər davam etdirəcək.

"Mən özümün və həyat yoldaşımın haqqını, Nail Allahverdiyevin yenidən məhkəmə qarşısına çıxana, həqiqətin bərqərar olacağına qədər mübarizə aparacam”.

Şikayətlə bağlı qarşı tərəfin də fikrini işıqlandırmağa çalışsaq da şikayətçinin bizə təqdim etdiyi nömrələrin heç birinə zəng çatmayıb.

Xatırladaq ki, 2017-ci il 3 avqustunda Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində "Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində  piyada Vaqif Əsədov və onun yanında olan Mehdi Əliyev dünyasını dəyişib. 

Türkiyə vətəndaşları olan Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb. Bundan başqa işadamı olan Mutallib Tekiş uzun müddət xəstəxanada müalicə aldığı üçün, bütün işləri ləğv edilib. Bundan sonra o, müflis olub. 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Antitel analizləri üçün nə qədər ödəməliyik?

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən yoluxma risklərinin azaldılması məqsədilə bir sıra iş yerlərində COVID-19 p...

Minaya düşən şəxs: Bir param kabinədə, ayaqlarım isə... - VİDEO

Məqsədimiz çəkiliş qrupu ilə Qamışlı kəndində görüşmək, plan üzrə Susuzluq kəndi ərazisinə daxil olmaq idi. Bu ərazilərdə çəkilişlər aparacaqdıq. Üç nəfər "KamA...

"Jurnalistlər binası"nın komendantı HƏBS EDİLDİ

"Jurnalistlər binası"nın komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb. ...

28 ildən sonra evinə qayıdan Şuşa sakini həyətindən görün nə tapdı - VİDEO

Şuşa sakini 28 illik həsrətdən sonra doğma şəhərində yerləşən evlərinin həyətini təmizləyib. Sfera.az xəbər verir ki, həmin şəxs həyətini təmizləyərkən Şu...

Kitab oğrusu kimi müzakirə olunan Elməddin danışdı - VİDEO

Kitab oğruları kimi gündəmdə müzakirə olunan iki şəxsdən biri - Elməddin Süleymanov məsələyə aydınlıq gətirib. Sfera.az xəbər verir ki, o müzakirəyə çevri...

“Siracla Məhərrəm öndəki “Kamaz”da idi” - Kəlbəcərə ezam olunan fotoqraf

Xüsusi çəkiliş qrupu olaraq səhər saatlarında Kəlbəcərin Susuzluq kəndinə yollandıq. Biz iki maşınla gedirdik. Siracla Məhərrəm öndəki "Kamaz"da idi. Mən digər ...