No Image
No Image

“Sağ əlim sinəsi olmayanların başına” - Mina Hüseyn

“Sağ əlim sinəsi olmayanların başına” - Mina Hüseyn
Ağılla yox, ürəklə sevdiyim üçün bir çox münasibətlərdə yanılmışam. Ağılla hərəkət etsəydim, indi taksidə gəzməzdim, maşınım və ya evim olardı. Sənəti olmayan bir çoxları kimi konsertlər verə bilərdim, Əməkdar və Xalq artisti adını alardım.

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn İsa Şükürovun "Senzurasız SHOW NEWS” verilişində qonaq olarkən deyib. Müğənni bildirib ki, hər gün saysız sevgi təklifləri alır:

"Münasibət qururam, danışıram, artıq buynuzları çıxanda bilirəm ki, bu insan mənə aid deyil, bu insanda heç bir ciddiyyət yoxdur. İstəmədiyinə görə, mən də uzaqlaşmağa məcbur oluram. Artıq ağıllanmışam, çalışıram ki, sənətimlə məşğul olum. Başqa hər hansı münasibət haqqında düşünmürəm. Hazırda həyatımda heç kim yoxdur. O insanın ciddi, sağlam ruhlu və düşüncəli olduğunu hiss etsəm, eyni zamanda mənə sahib çıxmaq istədiyini görsəm və onun yanında özümü əsl xanım hiss etsəm, kiməsə şans verə bilərəm”.

Müğənni evli kişi ilə münasibət quran həmkarları haqqında sərt fikirlər irəli sürüb:

"Bu insanları özümə həmkar hesab etmirəm və onlardan iyrənirəm. Həm bu söhbətlərdən, həm də onlardan iyrənirəm. Bu, sadəcə şou-biznesin deyil, bütün qadınların adına ləkədir. Şəxsi həyatda heç birimiz sığortalanmamışıq, amma bunu çıxıb fəxarət hissilə danışmaq ayıbdır”.

O, sinəsini göstərməsi ilə bağlı suala isə "Sinəm var ki, göstərirəm. Sağ əlim sinəsi olmayanların başına" cavabını verib. 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Evlənmədən olmaz" deyirdi, hamilə olduğunu etiraf etdi - FOTO

Türkiyəli fenomen Şeyma Subaşı hamilə olduğunu təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Fenomen etiraf ...

Əmrah da öz adına kriptovalyuta buraxdırır

Məşhur türkiyəli müğənni Əmrah öz adına kriptovalyuta buraxdıracaq.   Sfera.az bildirir ki, ticarət investisiyaları ilə diqqət çəkən müğənninin bu dəfəki...

Məşhur aktrisa ailə qurdu - FOTO

Türkiyəli aktrisa Sevinç Erbulak evlənib.   Sfera.az bildirir ki, aktrisa bir ildir münasibəti olan mühəndis Volkan Cengenlə nikah masasına oturub. Cütlü...

Murad Arifdən 50 nəfərlik toylara dəstək: "Sevinirəm ki, pandemiya belə bir ənənəni zorən yaratdı"

"Bu şəkildə həyatımıza 100-200 nəfərlik toylar daxil oldu. İllərlə apardığım məclislərin əksəriyyəti zatən bu formatda keçirdi”.   Sfera.az bidirir ki, b...

"Sevgilimin geyiminə qarışmadığımı deyə bilmərəm" - Kərəm Bürsindən eşq həyatı ilə bağlı ETİRAF

Türkiyəli aktyor Kərəm Bürsin özəl həyatı ilə gündəmə gəlib.   Sfera.az bildirir ki, aktyor ilk dəfə həmkarı Hande Erçellə olan münasibətindən danışıb.&n...

Van Dammın oğlu ilə gəlininin yeni görüntüləri - FOTO

Bir neçə gün əvvəl ailə həyatı quran azərbaycanlı Suada Hacızadə ilə Jan-Klod Van Dammın oğlu Kristoferin yeni fotoları yayılıb. Sfera.az xəbər verir ki, Kri...