No Image
No Image

Şahin Mustafayevə yeni vəzifə verildi

Şahin Mustafayevə yeni vəzifə verildi
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dair dövlət komissiyasına baş nazirin müavini Şahin Mustafayev sədr təyin olunub.

Sfera.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ümumdünya Ticarət Təşkilatının üzv ölkələrilə hələ 2004-cü ildən başlamış danışıqların uzun fasilədən sonra cari ilin sentyabr ayından davam etdiriləcəyi gözlənilir. Son dəfə 2019-cu ilin dekabr ayında aparılmış danışıqlar koronavirus pandemiyasına görə dayandırılıb.

Xatırladaq ki, danışıqlar kənd və sənaye məhsullarının tarifləri, xidmətlər ticarəti, qanunların ÜTT-nin tələblərinə uyğunlaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi kimi dörd istiqamət üzrə aparılır.

Hazırda Azərbaycan ÜTT-nin 20 üzv ölkəsilə danışıqlar aparır. İndiyədək Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qırğız Respublikası ilə danışıqlar başa çatdırılmaqla müvafiq protokollar imzalanıb.
 
Son vaxtlar hökumət bir sıra mühüm islahatlar həyata keçirib, o cümlədən iqtisadi inkişafla bağlı 12 Yol Xəritəsi qəbul edib. Həmin Yol Xəritələrinin həyata keçirilməsinin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması üçün əsas olacağı gözlənilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Dini rəhbərləri çiynində silahla "öldür" əmri verir" - Ermənilərin Xocavənd və Kəlbərəcərə gəlməsinin arxasında nələr dayanır?

Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağda yaşayan bir qrup erməni zəvvar Amaras və Gəncəsər monastırlarını ziyarət edib. Belə ki, Xocavənd və Kəlbəcər ...

Xankəndidə Arayik Arutyunyana qarşı etiraz aksiyası – “Rədd ol”

Xankəndidə ermənilər Arayik Arutyunyanın istefasını tələb edirlər. Sfera.az-ın news.am-a istinadla məlumatına görə, Xankəndidəki "Dirçəliş” meydanına t...

Ərdoğan Azərbaycanla imzalanacaq yeni müqavilələrin ANONSUNU VERDİ

Bir qartal yuvası kimi yalçın qayaların üzərində qurulmuş Şuşada azərbaycanlı qardaşlarımızın azadlıq sevincinə biz də ortaq olduq. Tarixi bölgədəki icra hakimi...

Başqa yolları yoxdur - “Paşinyanın qələbəsi Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək”

"Ermənistandakı seçkilərin nəticələrindən asılı olmayaraq, həm Üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi, həm də Zəngəzur dəhlizi ilə bağlı məsələni ...

“Paşinyanın qalib gəlməsi Azərbaycanın maraqlarına cavab verir” - Açıqlama

"Regionda həqiqi dialoq və gələcək inkişafdan söhbət gedirsə, Paşinyanın seçilməsi Azərbaycan üçün də ən uyğun variantdır.  Bundan sonra proseslər tədric...

Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı...

Müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə indiyə kimi 6 dəfə seçki keçirilib. Hər dəfə 125 deputatdan formalaşmış parlament üzvlərinin hamısı təbii ki...