No Image
No Image

Sarkisyan Paşinyanı hədələdi: “Sən və ailən barədə elə fakt açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək...”

Sarkisyan Paşinyanı hədələdi: “Sən və ailən barədə elə fakt açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək...”
Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində misli görünməmiş dərəcədə sərt, gərgin kampaniya gedir.
 
Tərəflər kampaniya başlayan kimi bir-birlərinin ünvanına təhqirlər yağdırmaqdadırlar. Tərəflər dedikdə isə burada əsasən baş nazir Nikol Paşinyanla keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan nəzərdə tutulur. Hərçənd seçkilərə onlarla partiya və blok qatılıb, Sarkisyanın özü isə seçki siyahısında yer almır, o, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın kampaniyasına (Sərkisyan və Vanetsyanın partiyaları bir blokda birləşib) dəstək verir.

 

Reytinqinin sürətlə aşağı düşdüyünü, hakimiyyət strukturlarında çalışanların ondan sürətlə üz döndərdiyini görən Paşinyan əsasən keçmiş prezidentləri sərt təhqir və tənqid yağışına tutur. Ötən gün o, Serj Sarkisyanın Monte Karlo kazinosunda milyonlarla dollar uduzması haqda məsələni növbəti dəfə yada salıb. Cavab olaraq Serj Sərkisyan ona sübut təqdim etmək üçün 24 saat vaxt verib.

Sarkisyan deyib ki, "kazino” və "qumarbaz” yarlıqları hələ onun prezidentlik dövründə dövrədədir. "Mən o vaxt cavab vermirdim, çünki prezident idim. Təhlükəsizlik xidməti mənə tabe idi və opponentlərim deyərdi ki, biz faktları gizlədirik və s. Lakin Paşinyan çox uzağa getdi. İndi mən sizin qarşınızda bəyan edirəm: 24 saat vaxt verirəm. O, ya faktları təqdim etməlidir, ya da mən onun və ailəsinin haqqında elə faktlar açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək. Faktları təqdim etməsə ona divan tutacam”,-Sərkisyan seçicilər qarşısında çıxışı zamanı deyib.

 

Paşinyan ötən gün Sarkisyana həm də "sutenyor” və "insan alverçisi” demişdi. Bu, Sərkisyanın Paşinyana oğlu Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyişdirmək təklifinə cavab olaraq deyilmişdi. Paşinyan bildirmişdi ki, oğlunu Azərbaycanda saxlanılan erməni əsgərlərinə dəyişməyə hazırdır, amma bu işlə bağlı danışıq aparmaq səlahiyyətini Sarkisyanla Köçəryana verir. Çünki onlar adam alveri işində püxtələşiblər, üstəlik Sarkisyan uzun illərin "sutenyorudur”.

"Sutenyor” söhbətinə Sarkisyanın cavabı hələ məlum olmasa da müttəfiqi Vanetsyan özünün Facebook səhifəsində Paşinyanı təhqir edib. "Qulaq as, dezertir, sən kimsən axı müharibəni udmuş Qarabağ qəhrəmanının, prezidentin adını təhrif olunmuş formada çəkirsən? Mən səninlə işləmişəm, indi isə Serj Sarkisyanla işləyirəm. Və məndə belə təəsürat yaranıb ki, sanki mal tövləsindən akademiyaya düşmüşəm. Sən miskin kapitulyant. Öz günahlarında o qədər boğulursan, o qədər piy əritmisən və tər tökmüsən ki, hər yerdə iy verirsən. Get, sadəcə olaraq qaç. Bu, mənim sənə sonuncu dost məsləhətimdir”, - Vanetsyan bildirib.

Bəzi təhlilçilərə görə, Ermənistanda bu cür gərgin siyasi mühit seçkilərin nəticələrinin necə olmasından asılı olaraq vətəndaş müharibəsinə də gətirib çıxara bilər. // Virtualaz.org

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa qarşı üçüncü dozanı kimlər vurdurmalıdır? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bəzi insanlarda vaksinasiya sonrası koronavirusa qarşı immun sisteminin formalaşmadığını, bu səbəblə həmin...

Koronanın simptomları dəyişdi: Artıq burun axıntısı da...

May ayının əvvəlindən sürətlə yayılan Hindistan ştammı koronavirus simptomlarının dəyişməsinə səbəbi ola bilər. Sfera.az xəbər verir ki, bu barədə İngiltə...

Stress, əsəb, gərginlik immuniteti 1 həftəlik "söndürür" - Effektiv metodlar

İşdə, evdə, yolda, ailədə, ən xırda problemdən ötrü yaranan gərginlik və əsəb, xüsusən qışqırma həddinə çatanda insanın damarları - magistral və beyinə gedən əs...

Çimərlikdə yeyib-içmək təhlükəlidir? - RƏSMİ XƏBƏRDARLIQ

Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəm...

Son sutkada vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 40 844 nəfər vaksinasiya olunub. Sfera.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ə...

Son sutkada vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 39 985 nəfər vaksinasiya olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. G...