No Image
No Image

Şəhid ailə üzvləri və müharibə əlilləri ilə bağlı tapşırıqlar verildi

Şəhid ailə üzvləri və müharibə əlilləri ilə bağlı tapşırıqlar verildi
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.

Sfera.az xəbər verir ki, Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq, Prezidentin ötən ay ərzində Şuşa və Ağdama səfərlərini qeyd edib, bu səfərlər zamanı dövlətimizin başçısının aparılan bərpa və yenidənqurma işlərinə yerində baxış keçirdiyi, bir sıra təməlqoyma mərasimlərində iştirak etdiyini və zəruri tapşırıqlar verdiyini vurğulanıb.

Samir Nuriyev dövlətimizin başçısının verdiyi konkret göstərişlərin və qarşıya qoyduğu vəzifələrin Qərargahın gündəlik fəaliyyətində rəhbər tutulduğunu diqqətinə çatdırıb.

İclasda işğaldan azad edilmiş ərazilərdə əsas prioritetlərdən biri olan minalardan təmizləmə, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturu layihələrinin icrasının vəziyyəti, su ehtiyatlarının idarə olunması və səmərəli istifadəsi, tarixi-mədəniyyət abidələrinin inventarlaşdırılması və bu abidələrin qorunması sahəsində həyata keçirilən tədbirlər, şəhidlərin ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, yaralıların, müharibə veteranları və iştirakçılarının sosial təminatı məsələlərinə dair məruzələr dinlənilib və zəruri tapşırıqlar verilib.

Prezidentin azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun həyata keçirilməsi ilə bağlı tapşırığının icrası üçün bütün resursların səfərbər edilərək səmərəli istifadəsinin Qərargahın əsas hədəfi olduğu qeyd edilib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə alan uşaqları ziyarət etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzindən uşaqları ziyarət edib. Sfera.az xəbər verir ki, o, bununla bağlı görüntüləri...

Mehriban Əliyeva Türkiyə-Uels matçından paylaşım etdi – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə-Uels matçı haqqında "İnstaqram” hesabında paylaşım edib. O paylaşımında bildirib ki, Azərbaycan və Türkiy...

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 16-da başa çatıb. Sfera.az xəbər verir ki, hər iki...

Türkiyə Prezidenti və xanımının şərəfinə nahar verildi - FOTO

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ə...

Haluk Bayraktar Araz Musayevlə Hərbi Qənimətlər Parkında - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədi. Sfera.az xəbər verir ki,...

Bu gün şəhid jurnalist Sirac Abışovun toy günüdür - FOTO

AzTV-nin əmədaşı Sirac Abışovun şəhid olmasından 12 gün, toyundan isə düz iki il keçir. Sfera.az xəbər verir ki, operator Sirac Abışov peşə borcunu yerinə...