No Image
No Image

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi
Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılıb.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirikən məhkəmənin hazırlıq iclasında Sümbülə Əliyevanın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənməsində təqsirləndirilir.

İttihama görə, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə ödənilmək üçün üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.

İş üzrə zərərçəkmiş kimi Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti tanınıb.
 
(Musavat.com)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bankdan fırıldaqçılıq halları ilə bağlı AÇIQLAMA

Ölkədə kart sahiblərinin nağdsız ödəniş alətlərinə inamının və etibarının gücləndirilməsini, internet üzərindən aparılan əməliyyatların təhlükəsizliyinin artırı...

DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı - AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonu ərazisində yerləşən "Etalon” yaşayış kompleksində kütləvi dava baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılan vi...

Xəstəxanada döyüldüyü deyilən qazi ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda döyülməsi haqda məlumat yayılıb.   Bununla...

Təhsil kreditləri nə qədər olacaq? - 8200 manatdan...

Azərbaycan Prezidentinin imzaladığı fərmanla ölkəmizdə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fond Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.  ...

Dənizi kimlər və necə hasarlayır? – “Görünür, qanun yalnız kasıblar üçündür...”

Çimərlik mövsümünün açılması ilə bir sıra problemlər yenidən ortaya çıxıb. Belə ki, Abşeron çimərliklərinin əksəriyyəti artıq hasarlanmağa başlanılıb.  ...

Qapalı məkanda maska nə vaxtdan ləğv ediləcək? - AÇIQLAMA

"Koronavirusa qarşı aparılan kompleks mübarizə nəticəsində kifayət qədər uğur əldə etmişik. Buna baxmayaraq, biz mübarizəni dayandırmırıq, yoluxmanın sıfıra enm...