No Image
No Image

TƏBİB: Ölkədaxili uçuşlarda sərnişinlərdən götürülən yaxmalar ödənişsiz olacaq

TƏBİB: Ölkədaxili uçuşlarda sərnişinlərdən götürülən yaxmalar ödənişsiz olacaq
Ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar üçün ödəniş tələb olunmur.

Sfera.az xəbər verir ki, bu barədə APA-ya sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə”, 1 iyun 2021-ci il tarixli qərarına əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək. Ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yeni araşdırmanın nəticəsi şok etdi: Bu bölgələrdə yaşayanlar koronavirusa yoluxmur

COVİD-19-la bağlı yeni araşdırma aparılıb.   Sfera.az bildirir ki, ingiltərəli elm adamları bəzi şəxslərin niyə koronavirusa yoluxmadığı ilə bağlı geneti...

Gələn həftədən Azərbaycanda "Pfizer” vaksininin tətbiqinə başlanılacaq

Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Sfera.az birgə ...

TƏBİB: Ölkədaxili uçuşlarda sərnişinlərdən götürülən yaxmalar ödənişsiz olacaq

Ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqs...

Bu xəstəxanalar birləşdirilir - SİYAHI

"Tibb mərkəzlərinin birləşdirilərək yenidən təşkil edilməsi, bir müəssisədə daha çox sayda tibbi xidmət göstərilməsini təmin etmək üçündür”.   Sfera.az-ı...

Koronavirusa yoluxma sayı açıqlandı, 5 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...

Vaksinasiyadan sonra yoluxan şəxslər müalicə almalıdır? - "Müayinədən sonra..."

Məlum olduğu kimi, koronavirus əleyhinə vaksin olunmuş şəxslərin yenidən bu virusa yoluxa biləcəyi təsdiqlənib. Amma peyvənd olunan əksər insanlarda bu xəstəl...