No Image
No Image

Trampdan Putinlə görüşəcək Baydenə mesaj: “Görüşdə yatıb qalma”

Trampdan Putinlə görüşəcək Baydenə mesaj: “Görüşdə yatıb qalma”
ABŞ-ın eks-prezidenti Donald Tramp Co Baydenə Rusiya Prezidenti Vladimir Putinlə iyunun 16-da keçiriləcək görüşündə uğurlar arzulayaraq ona müzakirələr əsnasında yuxuya getməməyi tövsiyə edib.
 
Sfera.az xəbər veri ki, Tramp, Baydendən Putinə onun səmimi arzularını çatdırmağı istəyib.

Tramp yazılı açıqlamasında prezidentliyi dövründə Helsinkidə Putinlə çox məhsuldar görüş keçirdiyini və ABŞ-ın bu görüşdə Putin və Rusiyanın hörməti də daxil olmaqla çox şey qazandığını qeyd edib.

Özünə qarşı aparılan Rusiya istintaqını Hillari Klinton və Demokratlar tərəfindən maliyyələşdirilən hiylə kimi xarakterizə edən D. Tramp bu istintaqın yaratdığı çətinliklərə baxmayaraq Putin və Rusiya ilə yaxşı əlaqələr saxladığını söyləyib.

Əzizə Zeynal
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR