No Image
No Image

Türkiyə Azərbaycana müdafiə məhsullarının ixracını artırıb

Türkiyə Azərbaycana müdafiə məhsullarının ixracını artırıb
Son 20 ildə Türkiyənin Azərbaycana ixracı 805 faiz artıb. 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə İxracatçılar Məclisinin onlayn toplantısında qurumun prezidenti İsmail Gülle bildirib. 

İsmail Gülle deyib ki, Azərbaycana ixrac 2000-ci ildə 230 milyon dollar olduğu halda, 2020-ci ildə 2 milyard dolları ötüb: 

"Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Sektorlar üzrə 2020-ci ildə ən çox ixrac 401 milyon dollarla (24,4 faiz artım) kimyəvi maddələr, 261 milyon dollarla (194,1 faiz artım) müdafiə və aviasiya, 170 milyon dollarla (0,6 faiz azalma) elektronika avadanlıqları sahib olub”.

İxracatçılar Məclisinin sədri söyləyib ki, Azərbaycana ixracatın ən çox artdığı sektorlardan biri də müdafiə və aviasiya sektorudur: 

"Bu sektorda ixrac 194 faiz artımla 261 milyon dollar çatıb. 2021-ci ilin ilk 4 ayında bu sektorun ixracı 117,3 milyon dollara çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il ixrac 1233,8 faiz artıb".

Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

FES-dən uçot dərəcəsi ilə bağlı QƏRAR

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb. Sfera.az xəbər verir ki, bu dəfə də uçot dərəcəsi 0-0,25 faiz ...

Maşın bazarında vəziyyət dəyişəcək: "Bu avtomobillərin sayı artacaq, ucuzlaşma isə...”

Bu il Azərbaycan avtomobil idxalını 32% artırıb. Belə ki, bu ilin yanvar-may aylarında ölkəyə 318 milyon ABŞ dolları dəyərində 31 220 ədəd müxtəlif təyinatlı av...

TuranBankdan tibb işçilərinə özəl kredit kampaniyası!

TuranBankdan aylıq 29.9 AZN ödənişlə nağd pul krediti!   TuranBank tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edir və bayram kampaniyas...

Azərbaycan ən ucuz qazı İrana satır

2021-ci ilin yanvar-may aylarına aid olan ixrac göstəricilərinə əsasən Azərbaycan İrana 3,19 milyon dollar dəyərində 84 milyon kub metr təbii qaz satıb.  ...

Türkiyə ilə ticarət əməliyyatlarının həcmi 5 milyard dollara çatacaq

Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində nəzərdə tutulan mühüm əməkdaşlıq sahələrindən biri də ticarət-iqtisadi münasibətlərin inkişafı ilə...

Sahibkarlar Klubu üzvlərinin sayı 500-ə çatdı

Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlar üçün yaratdığı Sahibkarlar Klubunun sıraları getdikcə genişlənir. Kluba qəbul edilən sahibkarların say...