No Image
No Image

"Türkiyə ciddi anlaşmazlıqlar yaşadığımız NATO tərəfdaşıdır" - Ağ Evin sözçüsü Bayden-Ərdoğan görüşünün detallarını açdı

"Bayden-Ərdoğan görüşü qarşılıqlı diplomatiya üçün fürsət olacaq”.
 
Sfera.az bildirir ki, bunu Ağ Evin sözçüsü Jen Psaki jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, ABŞ prezidenti xaricdə ilk ziyarət proqramında Türkiyə prezidenti Ərdoğanla görüşə önəm verib.

"Türkiyə konstruktiv şəkildə çalışmağa davam etməli olduğumuz, eyni zamanda ciddi anlaşılmazlıqların yaşandığı NATO tərəfdaşıdır”, - deyə Psaki bildirib.
 
 Ağ ev sözçüsü həmçinin görüşdə hansı mövzuların müzakirə ediləcəyindən də söz açıb: 

"Əminəm ki, regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Eyni zamanda COVİD-19, iqtisadi məsələlər bu mövzular arasında olacaq. Görüş vaxtı yaxınlaşdıqca daha çox təfərrüata sahib olacağıq".

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden iyunun 14-də baş tutacaq NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Günay
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kreml açıqladı: Putinlə Bayden arasında "üz-üzə" söhbət olacaq

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden, iki ölkənin Cenevrədəki zirvə toplantısı zamanı üz-üzə danışa bilərlər.   Sfera.az-ın TASS-a...

Bayden Zelenskiyə gözlənilən dəstəyi verəcəkmi? – “Məqsəd Rusiya qarşısında müdafiəni gücləndirməkdir”

"ABŞ-ın yeni adminstrasiyası beynəlxalq müstəvidə yeni bir siyasət ortaya qoyub”. Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Ukrayna...

Ərdoğanla Baydenin görüşü başa çatdı - VİDEO

NATO Zirvə görüşü çərçivəsində Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasındakı ikitərəfli görüş başlayıb. Sfera.a...

ABŞ qondarma soyqırımı tanımaqdan imtina edə bilər? - "Bayden geri addım atmayacaq..."

Bu gün Brüsseldə ABŞ prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq. Görüş ö...

Bayden böyük dövlətləri Rusiya və Çinə qarşı birləşdirir – Şərh

"Böyük dövlətlərin liderləri Rusiya hakimiyyətinə çağırış edərək dağıdıcı siyasətindən əl çəkməsini istəyib. Söhbət Rusiyanın qonşu dövlətlərin daxili işlərin...

Dünya liderləri İngiltərədə toplandı: Nələr müzakirə ediləcək?

Dünya liderləri bu gündən İngiltərədə G7 zirvəsinə toplanıblar. Sfera.az bildirir ki, 3 gün davam edəcək zirvəyə qatılanlar arasında ABŞ prezidenti Co Bay...