No Image
No Image

Türkiyə dünyada ilk sıraya yüksəldi - Mənzillərin bahalaşma sürətinə görə...

Türkiyə dünyada ilk sıraya yüksəldi - Mənzillərin bahalaşma sürətinə görə...
2021-ci ilin martında Türkiyədə mənzil qiymətləri illik müqayisədə 32 faiz artıb. 

Türkiyə mənzillərin bahalaşma sürətinə görə dünyada ilk sıraya yüksəlib. 

Qiymət artımının böyüklüyünə görə Türkiyədən sonra növbəti yerləri Yeni Zellandiya (22,1 faiz), Lüksemburq (16,6 faiz), ABŞ (13,2 faiz) tutur. 

Sfera.az "Bloomberg” saytına istinadən xəbər verir ki, bununla bağlı araşdırmanı mənzil və kommersiya əmlakları üzrə beynəlxalq məsləhətçi şirkət olan "Knight Frank” aparıb. 

Adıçəkilən şirkət dünyada mənzil qiymətlərinin orta hesabla 7,3 faiz artdığını müəyyənləşdirib. Məsləhətçi şirkət qiymətlərdəki belə sürətli artımın sonuncu dəfə 2006-2008-ci ildə müşahidə olunduğunu bildirib. 

Türkiyədə daha yüksək qiymət artımları İzmirdə (34 faiz), Ankarada (30,3 faiz) və İstanbulda (29 faiz) qeydə alınıb. Məlumatlara görə, Türkiyədə mənzillərin bir kvadrat metrinin orta qiyməti 4 150 lirə (553 dollar) təşkil edib. Bu göstərici İstanbulda  6447 lirə (860 dollar), İzmirdə 5026 lirə (670 dollar), Ankarada 3084 lirədir (410 dollar). 

Qeyd edək ki, hər il Azərbaycan vətəndaşları Türkiyədən çoxlu sayda mənzil alır. İl ərzində alınan mənzillərin sayı 1000-1500 ədəd olur. 

Vasif
Sfera.az



Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Duru yağlar kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycanda əhali tərəfindən daha çox istifadə edilən duru yağların qiymətində son bir ildə yüksək artım müşahidə edilir. Sfera.az bildirir ki, qida məhs...

Azərbaycanda 47 min ailəyə 400 DOLLAR ÖDƏNİLƏCƏK

Dünya Bankı Azərbaycanda COVID-19 la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır. Sfera.az xəbər verir ki, "Azə...

Pandemiyada gəliri artan peşələr – İldə 100 min dollardan çox qazanc

Qlobal iqtisadi böhran müddətində qabiliyyətli insanlara çox pul qazandıran peşələr də olub. "Newsweek” tərəfindən hazırlanan bir analizdə həmin peşə növləri ha...

Kreditə tələb artır, faizlər yüksəlir

Pul-kredit bazarındakı müsbət meyillər, eləcə də dövlətin güzəştli proqramları kredit qoyuluşunun artmasına səbəb olub.   Sfera.az Mərkəzi Banka...

Azərbaycan ötən il 57 milyon dollarlıq cır-cındır idxal edib

Azərbayacan hər il bir neçə milyon dollar dəyərində işlənmiş geyimlər, toxuculuq məmulatları və cır-cındır (geyimə yaramayan) idxal edir. Ölkəmiz bu vəziyyətdə ...

Ərzaq məhsulları ucuzlaşacaq – Bu tarixdən...

Dünyada ərzaq qiymətlərində artım may ayında da davam edib.  Sfera.az BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına istinadən xəbər ...