No Image
No Image

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sərhəddəki təxribatlara NİYƏ SƏSSİZDİR?

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sərhəddəki təxribatlara NİYƏ SƏSSİZDİR?
"Birgə Monitorinq Mərkəzi yalnız Qarabağda, burada yaşayan azərbaycanlılarla ermənilər arasındakı təmas xətti çərçivəsində fəaliyyət göstərir. Onların da funksiyası yalnız bu zonada atəşkəsi təmin etmək və nəzarət  etməkdən ibarətdr və səlahiyyəti bu zonadan kənara çıxmır".

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlara, mina basdırmalarına baxmayaraq, Birgə Monitorinq Mərkəzinin problemə müdaxilə etməməsinə münasibət bildirərkən politoloq Natiq Miri deyib.
 
Həmsöhbətimiz bildirir ki, sərhəddəki insidentləri araşdırmaq mərkəzin səlahiyyətləri çərçivəsində deyil: "Bütün bunlar 10 noyabr sənədində razılaşdırılıb. Mərkəzin Azərbaycan Ermənistan sərhədinə hər hansı bir müdaxilə səlahiyyəti yoxdur. Ona görə də Monitorinq Mərkəzi sərhəddə baş verən insidentlərə birbaşa müdaxilə edə bilmir və bunu onlardan gözləmək əbəsdir. Bunun nəticəsidir ki, sərhəddəki erməni təxribatları ilə bağlı Monitorinq Mərkəzinin konkret hansısa açıqlama və bəyanatı olmayıb”.
 
Politoloq qeyd edib ki, Monitorinq Mərkəzinin funksiyasını Rusiya bilərəkdən minimum səviyyədə müəyyənləşdirib: "Bunun da səbəbi Türkiyənin daha geniş ərazidə bir çox qanunsuz proseslərə müdaxilə etməsinin qarşısını almaqla bağlıdır. Ona görə də Kreml Monitorinq Mərkəzinin səlahiyyətinin artırılmasını istəmir”. 
 
Bununla belə, N. Mirinin fikrincə, Türkiyə ortaya siyasi iradə qoysa Monitorinq Mərkəzinin səlahiyyətləri artar və bu səlahiyyətlər sərhəd zonasına da şamil edilə bilər. Ekspert düşünür ki, bu istiqamətdə Ankara ilə Moskva arasında zaman-zaman danışıqlar aparılır:
 
"ABŞ və Fransanın bölgəyə müdaxilə etmək istəyi kontekstində Türkiyənin mövqeyi güclənir. Kremlin Moskva belədə qabaqlayıcı addım atmaqla Türkiyəni yanına çəkmək istəyir. Belə bir vəziyyətdə Ankara Kremldən həmçinin Monitorinq Mərkəzinin səlahiyyətlərinin sərhəd zonasına şamil edilməsi də daxil müəyyən güzəştlər qopara bilər. Kritik vəziyyətlərdə Rusiya bazarlığa gedən ölkədir. Düşünürəm ki, bu yöndə Moskvada konkret razılaşmalar əldə edilib. Yaxın gələcəkdə bunu müşahidə edəcəyik”.
 
Rüfət SULTAN
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyə Prezidentinə “Zəfər” adlı Qarabağ atı hədiyyə edildi

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı Türkiyə Respublikasının Prezide...

Əliyevlə Ərdoğanın Şuşadan dünyaya verəcəkləri mesaj – Nələr gözlənilir?

"İlham Əliyevin Ərdoğanı Bakıda yox, Qarabağda rəsmi mərasimlə qarşılamasının iki şifrəsi var. Birincisi, işğaldan azad edildikdən sonra Qarabağa ilk səfər ed...

Ərdoğanın Şuşaya səfər proqramı AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı bəlli olub. Sfera.az TRT-yə istinadən xəbər verir ki, Bakıya gələn Ərdoğan buradan...

Azərbaycan Ermənistandan mina xəritələrini almağa davam edəcək: Növbədə hansı rayondur? – AÇIQLAMA

Ötən həftə işğaldan azad olunan Ağdam rayonunun minalanmış ərzailərinin xəritələri 15 erməni əsirin müqabilində Azərbaycan tərəfinə verildi. Qarşıdakı zama...

Ərdoğan Şuşada Azərbaycan xalqına hansı sürprizi edəcək? – "Bəlkə elə bunu nəzərdə tutur..."

"Türkiyə ilə ABŞ arasında istənilən məsələlərdə razılıq əldə olunması birmənalı olaraq Azərbaycanın və Azərbaycan-Türkiyə dostluğunun mənafeyinə xidmət edir”....

ABŞ bölgədə Rusiyanı qabaqlayır – “Günahkar isə Moskvanın özüdür...”

"Bölgə ilə bağlı humanitar məsələlərin həllində ABŞ Rusiyanı üstələməyə başlayıb”.   Bu sözləri Sfera.az-a açıqlamasında iyunun 12-də Bakı ilə İrəv...