No Image
No Image

Türkiyədə müğənnilər üsyan edir: "Dolana bilmirik, daha itirəcək heç nə qalmadı"

Türkiyədə müğənnilər üsyan edir:
Xəbər verdiyimiz kimi Türkiyədə mayın 31-də mərhələli şəkildə normallaşma planı açıqlansa da, musiqi sektoru ilə bağlı yumşaldılma qərarı verilməyib. Artıq bir neçə gündür, qardaş ölkədə müğənnilər, digər musiqi sahəsinin çalışanları etiraz edirlər. Əksəriyyət dolana bilmədiyini, vəziyyətin çətin olduğunu irəli sürərək hökumətdən yumşalmaya gedilməsini istəyirlər.
 
Türkiyənin şou-biznes sahəsində nə baş verir?

Sfera.az bildirir ki, bu istiqamətdə bir neçə türkiyəli məşhurun açıqlamaları ön plana çıxıb. Məsələn,  gənc popçu Simge qeyd edib ki, müğənnilər çox yorulub:

"Gördüyünüz işlə heç yox sayıldınızmı? Həyatınızın yaxın gələcəyi ilə bağlı heç bir plan qura bilməmək nə deməkdir bilirsiniz? Gündəlik işlə evə çörək aparan minlərlə musiqiçi üçün nə etdiniz? Bu qədər adamın necə yaşadığını sorğuladınızmı? Həmişə təcrid olunan tərəf olmağın nə olduğunu bilmirsiniz. Hamımız çox yorulduq. Daha itirəcək heç nə qalmadı. Biz bu ölkənin insanlarını əyləndirən və yeri gələndə sənəti ilə dərdlərinə ortaq olan adamlarıq. Səsimizi eşidin!”.

Müğənni Gülşən böyük bir sahənin, orda çalışan minlərlə insanın ədalətsizcə öz taleyinə buraxılmasını və bir ildən çox müddətdir prosesin bu cür davam etməsini qəbul etmədiyini deyib: 

"Həqiqətən də bəsdir artıq! Qısa yay aylarının bir ayını, üstəlik hər şey sərbəst olduğu halda, yenə acı gözlənti ilə keçirəcəyik eləmi? Qarşıdakı 2 ay ərzində də hələ nə olacağı bəlli olmayan musiqi, teatr sektoru ilə bağlı məsələyə yenidən baxılmalıdır. İnsaf!”.

Daha bir ifaçı Can Bonomo qorxulu bir müddətin içinə həbs olduqlarını bildirib: 

"İnsan yerinə belə qoyulmadan gözləyirik. Əvvəllər "nə iş görürsən” sualına "musiqiçiyəm” deyəndə, "olsun” deyib bizi təsəlli etmək istəyən insanlara gülərdik. Demək ki, bir bildikləri var imiş”.

Müğənni Alişan isə musiqi sektoru ilə bağlı normallaşma qərarlarına yenidən nəzər salınacağına inandığını deyib.

Türkiyəli popçu Ebru Gündəş qeyd edib ki, müğənnilər sadəcə çalışmaq istəyir: 

"Çünki biz səhnəyə çıxanda yüzlərlə insan da işləyir və bu işçilər hardasa bir il yarımdan çoxdur  mübarizə aparırlar. Xahiş edirəm, səsimizi eşidin və eşitdirin. Əmin olun ki, musiqi səsinə qulaq asmaq hamıya yaxşı gələcək”.

İfaçı Hakan Altun işsizlikdən bir çox musiqiçinin intihar etdiyinə diqqət çəkib.  O, sosial şəbəkədə ud musiqi alətinin tellərini qayçı ilə kəsdiyi anın görüntülərini paylaşıb və "başa sala bildim?”, - şərhini yazıb.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Evlənmədən olmaz" deyirdi, hamilə olduğunu etiraf etdi - FOTO

Türkiyəli fenomen Şeyma Subaşı hamilə olduğunu təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Fenomen etiraf ...

Məşhur aktrisa ailə qurdu - FOTO

Türkiyəli aktrisa Sevinç Erbulak evlənib.   Sfera.az bildirir ki, aktrisa bir ildir münasibəti olan mühəndis Volkan Cengenlə nikah masasına oturub. Cütlü...

Van Dammın oğlu ilə gəlininin yeni görüntüləri - FOTO

Bir neçə gün əvvəl ailə həyatı quran azərbaycanlı Suada Hacızadə ilə Jan-Klod Van Dammın oğlu Kristoferin yeni fotoları yayılıb. Sfera.az xəbər verir ki, Kri...

Məşhur müğənninin müzakirələrə səbəb olan FOTOsu - Hamilədir, yoxsa...?

Dünyaca məşhur müğənni Keti Perri kiloları ilə müzakirə obyekti olub.   Sfera.az bildirir ki, bir müddət əvvəl ana olan ifaçı dəniz qırağında çimərlik ge...

Mələkxanım Əyyubovanın qızı nişanını qaytarıb - FOTO

Xalq artisti Mələkxanım Əyyubovanın qızı Nəzrin Əyyubova nişanını qaytarıb. Sfera.az xəbər verir ki, bu haqda Xalq artistinin qızı sosial şəbəkə hesabında m...

Koronavirusa yoluxan Namiq Qaraçuxurludan xəbər var

Meyxana ustası Namiq Qaraçuxurlu yeni fotosunu "Instagram”da paylaşıb. Sfera.az xəbər verir ki, fotoya o, bu sözləri yazıb: "Çətinliklərdə - şükür, ...