No Image
No Image

"Türkiyədən gələnlərə yaradılan şərait yerli müğənnilərimizə də yaradılsa..." - Prodüserdən ETİRAZ

Artıq bir neçə həftədir Türkiyənin məşhur müğənniləri Bakıda konsert proqramı ilə çıxış edir. Müxtəlif restoranlarda Sərdar Ortaç, Mustafa Ceceli, İlyas Yalçıntaş və başqaları səhnəyə çıxıblar. Yerli ifaçılar isə, qazanc əldə etmək üçün Rusiya başda olmaqla, başqa ölkələrə üz tuturlar. 

Digər tərəfdən bəllidir ki, Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı bütün kütləvi tədbirlər, o cümlədən mədəni tədbirlərin keçirilməsi qadağandır. 

Maraqlıdır, təşkilatçılar niyə türkiyəli müğənnilərə üstünlük verirlər? Ölkədə kütləvi tədbirlərin bərpasına ehtiyac varmı?

Bununla bağlı tanınmış aparıcı-prodüser Sayqa Cahid Sfera.az-a açıqlamasında deyib ki, Azərbaycanda qoyulan bütün qanunlara riayət etmək lazımdır:

"Bu, karantin qaydalarına da aiddir. Əgər biz koronavirusun daha çox yayılmasını, insanların xəstələnməsini istəmiriksə, Operativ Qərargahın qərarına əməl etməliyik. Sözügedən müğənnilərin hansı formada, necə icazə aldığı ilə bağlı nəsə deyə bilmərəm. Lakin bizim incəsənət adamlarımızın nəinki Rusiya, digər ölkələrə də gedib çörək pulu qazanmaqlarına pis baxmıram. Nə etsinlər? Türkiyədən gələn müğənnilərə yaradılan şəraiti həmin təşkilatçılar elə bizim yerli müğənnilərimiz üçün də edə bilərlər. Onların da Sibirə qədər getməyib elə öz ölkəmizdə bu pulu qazanmaq imkanları olar”.

Müsahibimizin sözlərinə görə, yəqin ki, təşkilatçılar özümüzkülərə pul qazandırmaq istəmirlər:

"Yenə də Rusiyada, digər ölkələrdə olan azərbaycanlılar yerli ifaçılara pul qazandırırlar. Yenə də ikitirəlik yaranır, fikirlər haçalanır. Hər halda, karantin qaydaları ilə bağlı öz sözümün üstündə dururam. Yoluxmalar demək olar ki, hər birimizin ailəsindən kimisə aldı. Bu, ciddi siqnaldır. Ona görə də, özümüzü qorumalıyıq. Eyni zamanda hələki kütləvi tədbirlərin keçirilməsinə də yaxşı baxmıram”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Evlənmədən olmaz" deyirdi, hamilə olduğunu etiraf etdi - FOTO

Türkiyəli fenomen Şeyma Subaşı hamilə olduğunu təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Fenomen etiraf ...

Əmrah da öz adına kriptovalyuta buraxdırır

Məşhur türkiyəli müğənni Əmrah öz adına kriptovalyuta buraxdıracaq.   Sfera.az bildirir ki, ticarət investisiyaları ilə diqqət çəkən müğənninin bu dəfəki...

Məşhur aktrisa ailə qurdu - FOTO

Türkiyəli aktrisa Sevinç Erbulak evlənib.   Sfera.az bildirir ki, aktrisa bir ildir münasibəti olan mühəndis Volkan Cengenlə nikah masasına oturub. Cütlü...

Murad Arifdən 50 nəfərlik toylara dəstək: "Sevinirəm ki, pandemiya belə bir ənənəni zorən yaratdı"

"Bu şəkildə həyatımıza 100-200 nəfərlik toylar daxil oldu. İllərlə apardığım məclislərin əksəriyyəti zatən bu formatda keçirdi”.   Sfera.az bidirir ki, b...

"Sevgilimin geyiminə qarışmadığımı deyə bilmərəm" - Kərəm Bürsindən eşq həyatı ilə bağlı ETİRAF

Türkiyəli aktyor Kərəm Bürsin özəl həyatı ilə gündəmə gəlib.   Sfera.az bildirir ki, aktyor ilk dəfə həmkarı Hande Erçellə olan münasibətindən danışıb.&n...

Van Dammın oğlu ilə gəlininin yeni görüntüləri - FOTO

Bir neçə gün əvvəl ailə həyatı quran azərbaycanlı Suada Hacızadə ilə Jan-Klod Van Dammın oğlu Kristoferin yeni fotoları yayılıb. Sfera.az xəbər verir ki, Kri...