No Image
No Image

UEFA Ukrayna millisinə formanın üzərindəki “siyasi" şüarı silmək göstərişi verdi

UEFA Ukrayna millisinə formanın üzərindəki “siyasi
Ukrayna millisi  Avro-2020-də üzərinə "Qəhrəmanlara eşq olsun!" şüarı həkk olunan formasız çıxış edəcək.

Sfera.az-ın məlumatına görə, bu qərarı UEFA verib.

"Yaşasın Ukrayna!" şüarı qaydaları pozmadığı üçün formada qalacaq. Amma "Qəhrəmanlara eşq olsun!" yazısı futbolkalardan silinəcək, çünki birinci şüarla yanaşı "aydın siyasi çalar" daşıyır”,-  deyə UEFA-nın mətbuat xidməti bildirir.

"Yaşasın Ukrayna! Qəhrəmanlara eşq olsun!" şüarı İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası tərəfində vuruşan "Ukrayna Milliyyətçiləri Təşkilatı” və "Ukrayna qiyamçı ordusu” tərəfindən istifadə olunurdu.

Bundan əlavə, UEFA-dan bildirilib ki,  Ukrayna millisinin formasındakı 2014-cü ilə aid Ukrayna xəritəsinə də toxunulmayacaq. Qeyd edək ki, həmin xəritədə Krım Ukraynanın ərazisi kimi göstərilib. UEFA-nın fikrincə, bu məsələdə heç bir fikir ayrılığı yoxdur, çünki BMT Ukrayna dövlətinin bu cür sərhədlərini tanıyır.
 
Selcan
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR