No Image
No Image

Unibakdan daha bir imkan: istədiyin yerə pul köçürməsini telefonundan et

Unibakdan daha bir imkan: istədiyin yerə pul köçürməsini telefonundan et
Unibank müştəriləri dünyanın istənilən ölkəsinə pul köçürməsini Bank filialına getmədən, növbələrdə gözləmədən edəcəklər. Dünyanın üç ən böyük pulköçürmə sistemi indi Unibank müştərisinin telefonundadır. "Unibank”ın mobil tətbiqi olan UBank mobil əlavəsində istər Western Union, istər Contact, istərsə də Zolotoya Korona pulköçürmə xidmətlərinin bütün imkanlarından istifadə etmək mümkündür. Unibank müştərisi sadəcə UBank tətbiqinə daxil olaraq, istənilən ölkəyə saniyələr ərzində pul göndərə və ya qəbul edə bilər (https://youtu.be/fkNTj7_sID8) .

"Unibank”ın bazardakı yeni mövqeləndirməsinə uyğun olaraq, məhz müştərinin rahatlığına və istəklərinin qarşılanmasına yönəlmiş yeni xidmət, onların zamanını daha da dəyərli edəcək.


 

UBank vasitəsilə pulköçürmələri bu üstünlükləri yaradır:

 

 

-Banka getmədən, növbələrdə vaxt itirmədən dünyanın bir çox ölkəsinə pul köçürmək və qəbul etmək;

-Köçürdüyün pulun saniyələr ərzində ünvanına çatması;

-Köçürməni debet və ya kredit kartı, digər bankların əlavə edilmiş kartları və ya mövcud cari -hesabları seçməklə aparmaq imkanı.

 

Azərbaycanın ən çox istifadə edilən mobil bank əlavələrindən biri olan UBank istifadəçilərinin sayı artıq 1 milyonu ötüb. Mobil əlavə müştəriyə banka gəlmədən əksər bank məhsul və xidmətlərindən 24/7 istifadə imkanı verir. Hətta Unibank müştərisi olmayanlar da, bu mobil tətbiqdən rahatlıqla istifadə edə bilirlər.


 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - STATİSTİKA

Azərbaycan əhalisi xərclədiyi pulun çox hissəsini ərzağın alışına, ən az hissəsini pullu xidmətlərin əldə edilməsinə sərf edir.  Sfera.az xəbər verir...

Duru yağlar kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycanda əhali tərəfindən daha çox istifadə edilən duru yağların qiymətində son bir ildə yüksək artım müşahidə edilir. Sfera.az bildirir ki, qida məhs...

BirKart sahibləri ölkə üzrə olan Mall-larda daha çox qazanacaqlar

Bildiyiniz kimi ölkə ərazisində xüsusi karantin rejiminin tədricən yumşaldılması nəticəsində iri ticarət mərkəzilərinin və Mall-ların fəaliyyəti uzun sürən fa...

Toylar 1,2 milyard manatlıq əlavə dövriyyə yaradacaq – Bu məhsullar bahalaşacaq

Bu ilin iyulun 1-dən toylara icazə verilməsi aylıq dövriyyəsi 100 milyon manatdan artıq olan biznes sektorunun canlanmasına səbəb olacaq. Toy, əyləncə, nişan, a...

Unibank ipoteka faiz dərəcəsini endirib

"Unibank”da ipoteka kreditləri indi daha sərfəli olub. Unibank ipoteka kreditləri üzrə faiz dərəcəsini 7%-ə endirib. Avqustun 15-dək davam edən kampaniya çərç...

Azərbaycan neftinin qiyməti 75 dolları ötdü

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,75 ABŞ dolları, yaxud 1 % artıb. Sfera.az xəbər v...