No Image
No Image

Unibank müştəriləri ödənişləri telefonla edəcək

Unibank müştəriləri ödənişləri telefonla edəcək
Unibank müştəriləri indi ödənişləri daha qısa müddətdə və daha rahat edə biləcəklər. Yeni NFC texnologiyalı xidmət, ödənişləri mobil telefon vasitəsilə həyata keçirməyi mümkün etdiyindən, pulqabında bank kartlarını gəzdirməyə də ehtiyac qalmır. Android smartfonlarında təmassız (NFC) ödənişləri həyata keçirmək üçün UBank app-ında yeni uPay xidməti müştərilərin istifadəsinə verilib.Contacltess imkanlı kartlarla ödəniş edilən bütün POS-terminallarda smartfonun NFC texnologiyası ilə ödəniş etmək mümkündür (https://www.youtube.com/watch?v=RHQjVSyaGqc ).

 

Bazardakı mövcud NFC texnologiyalı xidmətlərdən fərqli olaraq, ilk dəfə mobil tətbiqə daxil olmadan, sadəcə telefonu POS-terminala yaxınlaşdırmaqla,ödəniş etmək mümkündür. Hələ ki, Android smartfonlarda və Mastercard kartları üzrə istifadə olunan xidmətin, gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.

 

Unibank müştərisi NFC funksiyası olan telefonlarda uPay sistemində ödəniş kartını seçməklə, bu xidmətdən çox rahatlıqla istifadə edə biləcək.

 

 

Həmin kartla ödəniş etmək üçün:

-100 AZN-dən aşağı məbləğlərdə sadəcə smartfonun ekranını işıqlandırmaq;

-100 AZN və yuxarı məbləğlər üçün smartfonu blokdan açmaq kifayətdir.

 

 

Unibank kartın olmasa belə, UBank əlavəsini yükləyərək rəqəmsal kart yaratmaqla, NFC texnologiyalı ödənişlərindən istifadə edə bilərsən.

 

Yaxın vaxtlarda Unibank tərəfindən rəqəmsal xidmətlər sahəsində müştəriyönümlü daha bir neçə yeni məhsul və xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qara dənizdəki qaz yataqlarını işlətmək bizə hansı dividentlər qazandıracaq? - ŞƏRH

SOCAR Qara dənizdəki yeni qaz yataqlarını işlətməyə hazır olduğunu bəyan edib. Şirkət rəsmisi bunun SOCAR-ın peşəkar maraqları dairəsində olduğunu bildirib...

Banklar əmanət faizlərini endirir

Azərbaycanın kommersiya bankları əmanət faizlərini bir qədər də azaldıb.  Sfera.az bankların açıqladığı məlumatlara əsasən bildirir ki, dollarla qoyu...

“Kəndli məhsulu marketdən alırsa...” – Bir çox ölkə aclıqla üz-üzə olduğunu elan etdi, bəs Azərbaycan?

Ötən gün Şimali Koreya lideri Kim Çen İn ölkəsinin böyük qida problemi ilə qarşı-qarşıya olduğunu və yaşanan aclığın narahatlıq verdiyini etiraf edib. Pararle...

Son 5 ildə qida məhsullarının idxalı 68 faiz artıb - SƏBƏB

Son illərdə qida məhsullarının idxalındakı artım sürəti ümumi idxaldakı artım sürətini xeyli qabaqlayır.  Sfera.az gömrük məlumatlarına istinadən bil...

FED-in proqnozundan sonra dollar BAHALAŞIR

ABŞ mərkəzi bankı funsiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) rəhbərinin ötən gün açıqladığı proqnoz beynəlxalq birjalarda dolların bahalaşmasın...

Azərbaycan Beynəlxalq Bankında səhiyyə işçiləri üçün fürsətlər!

Azərbaycan Beynəlxalq Bankı 17 İyun Səhiyyə İşçilərinin Peşə Bayramına özəl kampaniya elan edib. Hər bir səhiyyə işçisi bu kampaniya çərçivəsində nağd pul kre...