No Image
No Image

"Uşaqları sevmək, bəsləmək lazımdır, amma qədərində!" - Məşhurlarımız bu günü necə qeyd edir? - FOTOLAR

Xəbər verdiyimiz kimi bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün münasibətilə tanınmış müğənnilər və aparıcılar övladlarının, özlərinin fotolarını paylaşaraq təbriklərini yazıblar.

Sfera.az tanınmış simaların uşaqlar günü ilə bağlı yazdıqlarını bir araya toplayıb:

Xalq artisti, müğənni Faiq Ağayev atası ilə olan uşaqlıq fotosunu paylaşıb. O, uşaqlığın qayğısızlıq dövrü, ömrün ən xoşbəxt zamanı olduğunu vurğulayıb. 
"Balalarımız atalı-analı, sağlam və bəxtiyar yaşasın”, - deyə müğənni qeyd edib.
 

 
Rəqqasə Oksana Rəsulova övladı ilə birlikdə olduğu şəklini paylaşaraq hər bir qadına ana olmağı arzulayıb: "Uşaqlar bizim həyatımızın önəmli bir parçasıdır, onları sevmək, bəsləmək lazımdır, amma qədərində! Allah bütün balaları saxlasın”.
 


Teleaparıcı Lalə Azərtaş isə iki qız övladı ilə yeni fotossesiya etdirib. O, paylaşımına bu fikirləri əlavə edib: 

"Balalarımın simasında bütün uşaqlarımızı tanrı qorusun. Ataları Vətən üçün canından keçən şəhid balalarını isə hamımız qorumalıyıq. Uşaqlara qarşı terror dayansın! Hər bir uşaq uşaqlığını doyunca yaşaya bilsin”.
 


Müğənni Vasif Məhərrəmli oğlu ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. O, uşaqları təbrik edib, valideynlərə isə övladı ilə sınağa çəkilməməyi arzulayıb.
 


Əməkdar artist Elza Seyidcahan isə nəvələrinin fotosuna bu sözləri qeyd edib:



"Uşaqlarınıza susmağı öyrədin, danışmağı özləri də öyrənərlər. Uşağı yaşadan atanın kisəsi, ananın kasasıdır. Onlara böyük ehtiram göstərmək lazımdır”.

Xalq artisti Röya Ayxan da uşaqlar gününü unutmayıb. Hazırda oğlu ilə istirahətdə olan ifaçı elə övladının simasında uşaqları təbrik edib.



Günay Rəsulqızı
Sfera.az







Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Cazibə qüvvəm böyükdür" - Həyat yoldaşından boşanmaq istəyən Günel - VİDEO

Müğənni Günel Məhərrəmova sosial media hesabında yeni paylaşım edib. Sfera.az big.az-a istinadən xəbər verir ki, müğənni "İnstagram" hesabında cazibədar görünt...

3-5 dəfə ƏRƏ GEDƏN, BOŞANAN məşhurlarımız - ADLAR

Azərbaycan şou-biznesinin tanınmış ulduzları sənətdə uğurlar qazansalar da, şəxsi həyatlarında daha çox uğursuzluqlarla üzləşirlər. Elə çoxunun evlənməkləri ilə...

“Masumlar Apartmanı” serialının ulduzu həyat yoldaşından boşandı

Türkiyəli aktrisa, son zamanlar "Masumlar Apartmanı” adlı serialdakı obrazı ilə məşhurlaşan Mərvə Dizdar həyat yoldaşından ayrılıb.   Sfera.az bildirir k...

41 yaşlı Yalın özünə gənc sevgili tapdı - FOTO

Məşhur türkiyəli müğənni Yalın yeni eşq yaşayır. Sfera.az bildirir ki, ifaçı ötən gün Marmarisdə istirahət edərkən paparazzilərin kamerasına tuş gəlib. Qa...

Ancelina Coli 22 il öncə boşandığı keçmiş həyat yoldaşına geri qayıtdı

Hollivud ulduzu Ancelina Colinin adı sevgi münasibətində hallanıb.   Sfera.az bildirir ki, iddialara görə, aktrisa keçmiş həyat yoldaşı Conni Li Millerlə...

Məşhur şoumen təcavüz iddialarına cavab verdi - FOTO

Türkiyəli şoumen Mehmet Əli Ərbil müğənni Seda Sayanın təcavüz iddiasına cavab verib.   Sfera.az bildirir ki, bu barədə şoumen sosial şəbəkə hesabında pa...