No Image
No Image

XİN rəhbəri Britaniyaya təşəkkür etdi

XİN rəhbəri Britaniyaya təşəkkür etdi
Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpı qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sfera.az-a verilən məlumata görə, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, üçtərəfli bəyanatların icrası ilə əlaqədar Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar barədə məlumat verib. Nazir Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Tərəflər pandemiya ilə bağlı məsələlər, o cümlədən ölkədə sərt karantin rejiminin yumşaldılması istiqamətində görülən tədbirlər, xarici ölkə vətəndaşlarının səfərləri və s. ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin deputatına yeni vəzifə verildi

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Antikorrupsiya Təlim Mərkəzi təsis edilib. Sfera.az xəbər verir ki, quruma Şura üzvü, Milli Məclisin Hüquq si...

Rusiya XİN: Minalı ərazilərin xəritələrinin verilməsi...

Rusiya Bakı ilə İrəvan arasında, İrəvan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir. Sfera.az-ın verdiyi məlum...

Zakir Həsənov Raymonds Berqmanislə görüşdü

İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının NATO Parlament Assambleyasındakı nümayəndə heyəti...

Lavrov ATƏT-in baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək. Sfera.az-ın Rusiya bürosu...

“Ərdoğan Putinlə Zəngəzur dəhlizini müzakirə edəcək” - Açıqlama

"Türkiyə Cənubi Qafqazda ən aktiv rollardan birini alıb və faktiki olaraq bölgədədir. Eyni zamanda güc olaraq Azərbaycanın yanında yer alır”. Bunu Sfer...

İranda prezident seçkiləri necə nəticələnəcək? - “Sürpriz istisna deyil”

"Sabah İranda prezident seçkisidir. Seçkiyə 7 namizəd qeydə alınmışdı, 4-ü qaldı, 3-ü namizədliyini geri götürdü”.   Sfera.az bildirir ki, bunu polito...