No Image
No Image

"Yəməndə qan töküləcək, İran-ABŞ münasibətləri isə..."- İrandakı prezident seçkilərinin MÜMKÜN NƏTİCƏLƏRİ

Xəbər verdiyimiz kimi İranda iyunun 17-də prezident postuna seçkilər keçiriləcək. 
 
Prezident seçkilərində iştirak üçün 592 namizəd qeydə alınsa da, onlardan yalnız 7 nəfərin namizədliyi təsdiqlənib.  Əsas iddialı namizəd kimi isə İran İslam Respublikasının (İİR) Məhkəmə Hakimiyyətinin hazırkı başçısı İbrahim Rəisinin adı çəkilir.

Maraqlıdır, qonşu ölkədə yeni prezidentin seçilməsi nələri dəyişdirəcək? Ölkə siyasətində yenilik gözlənilirmi? 

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Natiq Miri İranda yenidən mühafizəkarların hakimiyyətə gələcəyini bildirib:

"İranda heç vaxt seçkilər demokratik olmayıb, prezidentin seçilməsi heç vaxt xalqın ümidinə buraxılmayıb. Yəni xalqa seçki haqqı verilməyib ki, bu da İslama daban-dabana ziddir. İran ümumiyyətlə, İslam xəttinin prinsiplərindən ayrılaraq tamamilə fərqli müstəvidə cəmiyyət qurub. Bu baxımdan İranda nə seçkilər, nə də insan hüquqlarının qorunması məsələsi həssasdır. Bu ölkədə farsçılıq əsas önə çəkilir ki, bu da digər xalqların hüquqlarının tapdanması ilə nəticələnir. Bundan irəli gəlir ki, İranda yaşayan 40 milyon azərbaycanlı üçün öz dillərində normal məktəb, media yoxdur. İranda seçki şousu zamanı artıq islahatçıların nümayəndələri sünii olaraq zərərsizləşdirildi bu da gələcəkdə 4-5 il ərzində islahatçılardan yeni prezident seçilməsinin qarşısını kəsdi".

Politoloq ABŞ-İran münasibətlərindən də danışıb. Ekpsertin sözlərinə görə ikitərəfli əlaqələrdə normallaşma gözlənilmir:

"ABŞ-İran arasında nüvə razılaşması ilə əlaqədar vəziyyət dəyişdiyi üçün bu gün ABŞ İran üçün qismən də olsa, sanksiyaları ləğv edir. Bütün bunların fonunda süni formada əngəl yaradılaraq vitse-prezident İshaq Cahangiri seçki prosesindən uzaqlaşdırıldı. Bu Ruhani və SEPAH səviyyəsində hökumətin mühafizəkarlardan təşkil olunma niyyəti ilə əlaqədardır, İran üçün müsbət perspektiv vəd etmir. Mühafizəkarların yürütdüyü siyasətin nəticəsidir ki, bu gün İran blokada çərçivəsindədir və İrana çox ciddi sanksiyalar tətbiq edilir. Bunların fonunda mühafizəkarlar hakimiyyətə gələrsə, şiə inqilabının "dəyərlərini", farsizm şovinizmi siyasəti daha da artan xəttlə davam edəcək. Bu da İranın terror təşkilatlarına mojistik dəstək verməsi anlamına gəlir. Eyni zamanda Yəməndə yenə qan töküləcək, Azərbaycanla bağlı casusluq siyasəti davam edəcək, Qərb və ABŞ-la münasibətlər normallaşamayacaq". 

Əzizə Zeynal
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yeni müharibə TƏHLÜKƏSİ: "Rusiya çevrəyə alınır..."

"Növbəti 10 il ərzində NATO Rusiyanın hər tərəfdən çevrələnməsi üçün çalışacaq".   Bunu Sfera.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Politoloq ək...

Prezident Haluk Bayraktarı təltif etdi

Prezident İlham Əliyev bu gün Şuşada "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktarı "Qarabağ" ordeni ilə təltif edib. Sfera.az xəbər verir ki, bu barə...

“Mənim ağzımı yummayın” – Putin xarici jurnalisti qınadı

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın NBC kanalına müsahibəsi zamanı jurnalist Kir Simmonsu cavablar xoşuna gəlməyəndə onun "ağzını yummaqda” ittiham edib. ...

"Yəməndə qan töküləcək, İran-ABŞ münasibətləri isə..."- İrandakı prezident seçkilərinin MÜMKÜN NƏTİCƏLƏRİ

Xəbər verdiyimiz kimi İranda iyunun 17-də prezident postuna seçkilər keçiriləcək.    Prezident seçkilərində iştirak üçün 592 namizəd qeydə alınsa da...

"Ermənistandakı növbədənkənar parlament seçkiləri öküz döyüşlərini xatırladır" - ŞƏRH

"Sanki Paşinyan və Köçəryan seçkilərdə qalib gəlmək üçün  yox, bir-birini məhv etmək uğrunda mübarizə aparırlar. Bu, onların bir-birini parçalaması üçün əl...

Zaxarovadan minalanmış ərazilərlə bağlı ÇAĞIRIŞ

"Rusiya baş vermiş faciəyə ilk reaksiya verən ölkələrdəndir”. Sfera.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəs...