No Image
No Image

Yoluxması rəsmiləşməyənlər 6 ay keçmədən də vaksin vurdura bilər - Nazirlik açıqladı

Yoluxması rəsmiləşməyənlər 6 ay keçmədən də vaksin vurdura bilər - Nazirlik açıqladı
"COVID-ə yoluxub, lakin test verib bunu rəsmiləşdirməyən xəstələr yoluxma hadisəsindən 6 ay keçmədən də vaksinasiya oluna bilər”.
 
Sfera.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, orqanizmdə olan IgG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir məlumat yoxdur: "Yəni koronavirusa yoluxan şəxsin orqanizmində sağaldıqdan sonra az miqdarda anticismlərin qalması vaksinasiyaya əks göstəriş deyil və hər hansı fəsad doğura bilməz”.

Qeyd olunub ki, xəstəliyi simptomsuz və ya yüngül keçirən insanların bəzilərində yaranan anticismlərin titri ya aşağı olur və ya ümumiyyətlə olmur. Bu səbəbdən seroloji müayinədə pozitiv nəticə olsa belə, peyvənd orqanizmə daha güclü dəstək göstərəcək.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa qarşı üçüncü dozanı kimlər vurdurmalıdır? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bəzi insanlarda vaksinasiya sonrası koronavirusa qarşı immun sisteminin formalaşmadığını, bu səbəblə həmin...

Koronanın simptomları dəyişdi: Artıq burun axıntısı da...

May ayının əvvəlindən sürətlə yayılan Hindistan ştammı koronavirus simptomlarının dəyişməsinə səbəbi ola bilər. Sfera.az xəbər verir ki, bu barədə İngiltə...

Stress, əsəb, gərginlik immuniteti 1 həftəlik "söndürür" - Effektiv metodlar

İşdə, evdə, yolda, ailədə, ən xırda problemdən ötrü yaranan gərginlik və əsəb, xüsusən qışqırma həddinə çatanda insanın damarları - magistral və beyinə gedən əs...

Çimərlikdə yeyib-içmək təhlükəlidir? - RƏSMİ XƏBƏRDARLIQ

Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəm...

Son sutkada vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 40 844 nəfər vaksinasiya olunub. Sfera.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ə...

Son sutkada vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 39 985 nəfər vaksinasiya olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. G...