No Image
No Image

12-ci dəfə yanğın hadisəsi törədən Sərdardan açıqlama: “Yandırmadan dayana bilmirəm, nə edim?"

12-ci dəfə yanğın hadisəsi törədən Sərdardan açıqlama: “Yandırmadan dayana bilmirəm, nə edim?
11 dəfə yanğın hadisəsi törədən 39 yaşlı Sərdar Urqan yenidən eyni addımı atıb.
 
Sfera.az bildirir ki, hadisə bu gün Türkiyənin Antaliya şəhərində günorta saatlarında baş verib. Belə ki, sözügedən şəxs bu dəfə iki mərtəbəli binanı yandırmağa cəhd göstərib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər iş başında olarkən Sərdar Urqan qaçmaq istəsə də, polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Daha əvvəl də "Yandırmadan dayana bilmirəm, nə edim? Yandırıb daha sonra qarşısında oturub izləyirəm”, - deyə bildirən vətəndaş polis mərkəzinə aparılıb.
Hadisə ilə bağlı psixiatr Tahsin Etli bilərəkdən yanğın törətmə istəyinin "piromani” adlandırıldığını və ruhi xəstəliklərin simptomlarından biri olduğunu deyib. Mütəxəssisin sözlərinə görə, adətən diqqət mərkəzində olmaq istəyənlər bu cür addım atırlar.

Türkan
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Külli miqdarda narkotikin satışa çıxarılmasının qarşısı alındı - FOTOLAR

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu il...

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı - FOTO

Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayevə cinayət işi açılıb. Sfera.az-ın məlumatına görə, o, Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlər...

Narkotacir polisə atəş açıb qaçmaq istədi - FOTOLAR

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfind...

Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirib, saxlanılanlar var

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul o...

BDU-da rektorun müşaviri və komendant bıçaqlanıb - YENİLƏNİB

Bakı Dövlət Universitetində (BDU) bu gün bıçaqlanan rektor müşaviri və komendantın vəziyyəti normaldır.   Bu barədə BDU-nun mətbuat katibi Günel Orucə...

Göyçayda “patı” alverçisindən qumbara aşkarlandı

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı il...