No Image
No Image

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-31, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacaq.

İyunun 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyunun 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dünyada yayılan bitki virusu Azərbaycanda aşkarlansa, nə baş verəcək? - "Bitkilər yandırılacaq, azı 2-3 il heç nə əkilməyəcək..."

Artıq müxtəlif ölkələrdə kənd təsərrüfatı məhsulları arasında yayılan virusun təzahürləri olduğuna görə, digər ölkələr öz sərhədlərini qorumaq üçün profilaktik ...

Azərbaycan helikopteri Türkiyədəki yanğınları belə söndürdü - VİDEO

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilase...

DİN: "Bəxtiyar Əmrahovun evində axtarış aparılması əsassızdır"

Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahovun evində axtarış aparılması ilə bağlı yayılan məlumatlar əsassız...

Sumqayıta yayılan pis qoxunun səbəbi nədir? - AÇIQLAMA

"Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlir. Amma dünən gecə havadakı mövcud vəziyyətin poliqon ərazisi ilə əlaqəs...

Videosu yayılan uşağın anası danışdı: "Dayənin uşağımı döyməsindən xəbərim var"

"Həmin videoda nə döyülmə, nə də şiddət yoxdur. O videonu çəkən şəxs dayənin üstünə hücum edir, o da özünü itirir. Sübut eləsinlər ki, həqiqətən mənim uşağımı d...

Azərbaycanda bu həftə havanın temperaturu 43 dərəcəyə yüksələcək

Avqustun 4-8-də ölkədə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, hava şəraitinin isti keçə...