No Image
No Image

3-5 dəfə ƏRƏ GEDƏN, BOŞANAN məşhurlarımız - ADLAR

3-5 dəfə ƏRƏ GEDƏN, BOŞANAN məşhurlarımız - ADLAR
Azərbaycan şou-biznesinin tanınmış ulduzları sənətdə uğurlar qazansalar da, şəxsi həyatlarında daha çox uğursuzluqlarla üzləşirlər. Elə çoxunun evlənməkləri ilə boşanmaqları arasındakı müddət uzun çəkmir. Kimisi boşanmalarını, yenidən ailə qurmaqlarını mətbuatdan gizli saxlayır. Lakin bunu etiraf edənlər də var.

Sfera.az xəbər verir ki, lent.az bu günə qədər şou-biznesdə iki dəfədən çox ailə quran və boşanan məşhurların siyahısını təqdim edir:

74 yaşlı Əməkdar artist Leyla Şıxlinskaya isə dörd evliliklə şou-biznesdə liderliyini qorumaqdadır.

79 yaşlı Xalq artisti Flora Kərimova 3 dəfə evli olub. Müğənni açıqlamasında bildirib ki, üçüncü nikahı sənəd üzərində olmayıb: "Üçüncü nikahım saxta olub. 20 ilə yaxın məni xaricə buraxmırdılar. Hamı qastrol səfərlərinə gedirdi, mənim də adım yazılırdı, amma qoymurdular". İfaçının üçüncü evliliyindən Zümrüd adlı qızı dünyaya gəlib.

Aparıcı Azər Zahid üçüncü dəfə ailə həyatı qurub. O birinci dəfə aparıcı Vüsalə Əlizadə ilə evlənib. Cütlüyün bu nikahdan Dilək adlı qız övladı var. Sonra Azər V.Əlizadədən ayrılaraq, Nəcibə adlı xanımla evlənib. Onunla da boşanan Azər İlahə adlı xanımla ailə qurub.

45 yaşlı müğənni Nura Suri 3 dəfə evli olub. İfaçının hər nikahdan bir oğlu var.

42 yaşlı müğənni Rəqsanə İsmayılovanın iki evliliyi rəsmi, bir evliliyi isə qeyri-rəsmi olub. Müğənninin ilk evliliyindən Aysun adlı qızı, qeyri-rəsmi yaşadığı bəydən Yağmur adlı qızı, hazırkı həyat yoldaşından əkiz övladları var.

"Azəri-star" yarışmasının iştirakçılarından olan müğənni Nicat Cəfərzadə də 3 dəfə evlənib. Onun ilk evliliyi teleaparıcı Lətafət Ələkbərova, ikinci evliliyi isə "ML" təxəllüslü bəstəkar Lalə Məmmədova ilə olub. İfaçı sonuncu dəfə 2014-ci ildə Gülşən adlı xanımla evlənib.

38 yaşlı rəqqasə Oksana Rəsulova da 3 dəfə evli olub. Onun ikinci evliliyi reper Elşad Xose ilə gerçəkləşmişdi.

Prodüser Roland Bayramov 3-cü dəfə ailə qurub. Sonuncu toyu 2013-cü ilin sentyabrında olub.

"Şeron" qrupunun üzvü Rüstəm Zeynallı üç dəfə ailə qurub. Onun ikinci həyat yoldaşı Xalq artisti Aftandil İsrafilovun qızı Həcər olub. Rüstəm üçüncü dəfə xarici vətəndaşla evlənib.

76 yaşında dünyasını dəyişən mərhum Xalq artisti, gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov ) 3 dəfə evli olub. Musiqiçinin 2-ci evliliyi qeyri-rəsmi olub. Rəmişin həmin evliliyindən olan bir oğlu olub, vəfat edib. İlk evliliyindən iki qızı olub. Övladları atasından imtina etmişdi.

74 yaşında dünyasını dəyişən Xalq artisti Hacıbaba Bağırov 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. İlk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Sənətkar sonuncu dəfə özündən 37 yaş kiçik olan Arzu xanımla ailə həyatı qurub. Onun bu evlilikdən olan Şölə adlı qızı dünyaya gəlib.

Qeyd edək ki, müğənnilər Sevda Sanalıyeva, Rəvan Qarayev, Mənzurə Musayeva, Dəniz, Aşıq Samirə Əliyeva, Roza Zərgərli, aparıcılar Mətanət Əliverdiyeva, Ulvira Qarayeva isə ikinci dəfə ailə qursalar da, ikinci evlilikləri uğursuz olub./BiG.AZ/
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sevgilisi Şeyma Subaşı üçün 150 min avroya yaxta kirayələdi - FOTO

Türkiyəli fenomen Şeyma Subaşı təzəlikcə barışdığı sevgilisi ilə tətilə yollanıb.   Sfera.az bildirir ki, cütlüyün seçimi Bodrum olub. Fenomen misirli se...

Nüşabə Ələsgərlinin qızı ailə qurdu - FOTOLAR

Əməkdar artist Nüşabə Ələsgərlinin qızı evlənib.   Sfera.az bildirir ki, məclis ötən gün Bakı restoranlarının birində baş tutub. İfaçının qızı Nigar Türk...

Məşhur repçinin 4 yaşlı qızı vəfat etdi

Məşhur amerikan repçi Feti Vepə ağır itki baş verib. Sfera.az bildirir ki, repçinin 4 yaşlı qızı vəfat edib. Bu barədə ifaçının həyat yoldaşı Türkoiz Maya...

Türkiyəli məşhurlardan yanğın yerlərində otel tikənlərə ETİRAZ

Türkiyəli məşhurlar yanğın yerlərində tikiləcəyi iddia edilən otellərlə bağlı etirazlar səsləndiriblər.   Sfera.az bildirir ki, bu sırada aktrisa Burcu B...

"Çox əziyyətlər çəkdim" - Gülay

"Səhnə yaradıcılığım və mənim illərimdir".   Sfera.az xəbər verir ki, bu sözləri müğənni gülay Zeynallı yazıb. İfaçı sənət yolunda çəkdiyi əziyyətlərdən ...

Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm, oğul” - VİDEO

Xalq artisti Flora Kərimova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı açıqlama verib. Sfera.az xəbər veri...