No Image
No Image

3 illik borc QALMAQALI – Beynəlxalq Bank inşaat şirkətinin pulunu ÖDƏMİR - ŞİKAYƏT

3 illik borc QALMAQALI – Beynəlxalq Bank inşaat şirkətinin pulunu ÖDƏMİR - ŞİKAYƏT
Beynəlxalq Bankın "Konkord İnşaat” MMC şirkətinə 90 min manat borcu yaranıb. 

Bu şikayətlə Bizim.Media-ya sözügedən şirkətin direktor müavini Fərid Balabəyov müraciət edib.

Şirkət rəsmisinin sözlərinə görə 2018-ci ildə Beynəlxalq Bankın bölgələrdəki filiallarının cari təmir işləri ilə əlaqədar qarşı tərəflə müqavilə bağlayıblar.

Təxminən 1 il yarıma qədər davam edən təmir tamamlansa da, Beynəlxalq Bank görülən iş müqabilində borcun bir hissəsini qarşılamaqdan yayınır. Sözügedən bank hissə-hissə şirkətə 70 min manat ödəyib. Qalan əlavə dəyər vergisiz 76 min manat borcu isə 3 ildir ki, ödənilmir.

Dəfələrlə "Konkord İnşaat” rəhbərliyi borcun qaytarılmasını tələb etmk üçün Beynəlxalq Banka rəsmi müraciətlər edib.

Amma nə iki qurum rəsmiləri arasında görüşlər fayda verib, nə də Beynəlxalq Bank məsələni yoluna qoya bilib. 

Qeyd edək ki, 2018-ci ildə tenderin qalibi olan "Konkord İnşaat” Beynəlxalq Bankla əlavə dəyər vergisi daxil 105 min manatlıq müqavilə bağlayıb. Şərtə görə əvvəlcə bankın Qazax, Şəmkir, Gəncə, daha sonra Göygol, Samux və Gədəbəy filiallarında cari təmir işlərinin görülməsi razılaşdırılıb.  
Məsələ ilə bağlı Beynəlxalq Bankla əlaqə yaratdıq. Bankın mətbuat katibi Yadigar Cəfərli problemi araşdırmaq üçün müvafiq şöbəyə yönləndirəcəyini bildirsə də, 4 gündür ki, cavab yoxdur. Dəfələrlə mövqe almağa çalışsaq da, bank rəsmisi sorğularımıza səssizlik nümayiş etdirib.

Sözügedən qalmaqalın detalları növbəti yazılarda davam etdiriləcək. Həmçinin borcun ödənilməsinə əngəl yaradanların kim olduğunu, onların Beynəlxalq Bankda hansı post tutduqlarını açıqlanacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sumqayıta yayılan pis qoxunun səbəbi nədir? - AÇIQLAMA

"Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlir. Amma dünən gecə havadakı mövcud vəziyyətin poliqon ərazisi ilə əlaqəs...

Videosu yayılan uşağın anası danışdı: "Dayənin uşağımı döyməsindən xəbərim var"

"Həmin videoda nə döyülmə, nə də şiddət yoxdur. O videonu çəkən şəxs dayənin üstünə hücum edir, o da özünü itirir. Sübut eləsinlər ki, həqiqətən mənim uşağımı d...

Azərbaycanda bu həftə havanın temperaturu 43 dərəcəyə yüksələcək

Avqustun 4-8-də ölkədə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, hava şəraitinin isti keçə...

Prezident növbəti “ASAN xidmət”in açılışında iştirak etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Sfera.az xəbər verir ki, Prezident yanın...

Bakıdakı şam ağacları niyə quruyur? - Ekoloji fəlakətin bir addımlığında...

Bakı şəhəri və ətrafında SSRİ zamanında, eyni zamanda sonradan əkilmiş şam ağacları quruyur. Xüsusilə bu proses Bayıl yamacında müşahidə olunur. Bu barədə artıq...

Sabah Bakıda 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hid...