No Image
No Image

ABŞ Əfqanıstanı Türkiyəyə tapşırdı – Ankara Talibanla dil tapa biləcəkmi?

ABŞ Əfqanıstanı Türkiyəyə tapşırdı – Ankara Talibanla dil tapa biləcəkmi?
Türkiyənin Kabil hava limanını idarə etmək üçün NATO ilə razılaşdığı bildirilir. ABŞ isə may ayından etibarən öz qoşunlarını Əfqanıstandan çıxarır və proses sentyabrda tamamlanacaq.

Maraqlıdır, Əfqnıstanda Türkiyə qüvvələri yerləşərsə, Taliban hərəkatı Türkiyəyə təzyiq göstərə bilərmi? Türkiyənin Əfqanıstandakı nəzarəti nə ilə nəticələnə bilər?

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Taliban hərəkatının Türkiyəni Əfqanıstanda müsbət qarşıladığını bildirib:

"20 il ərzində ABŞ-ın Əfqanıstan siyasəti fiaskoya uğradı və bunun nəticəsidir ki, artıq geri çəkilirlər. Ümumiyyətlə, ABŞ müsəlman ölkəsində uğura imza ata bilmir, bu İraqda da belə oldu. ABŞ Əfqanıstdan çıxandan sonra xüsusilə Taliban hərəkatının, daxili münasibətlərin hansı səviyyədə olacağını demək çətindir. ABŞ indi Əfqanıstanla münasibətdə ortamı stabilləşdirmək, Talibanla müəyyən danışıqları tənzimləmək üçün estafeti türkiyəyə verir. Bu isə Türkiyənin regionda güclənməsi deməkdir".
 
Politoloq Türkiyənin regionda bütün nəzarəti ələ keçirəcəyini vurğulayıb: "Kabil hava limanın təhlükəsizliyinin Türkiyə tərəfindən həyata keçirildiyini nəzərə alsaq görərik ki, Türkiyə digər ölkələrdən fərqli olaraq Əfqanıstandakı müxtəlif təşkilatlar tərəfindən müsbət qəbul olunur. Hətta son zamanlar Əfqanıstan tərəfindən Türkiyə qüvvələrinə qarşı hər hansı hücum qeydə alınmayıb. Düşünürəm ki, Əfqanıstanda Türkiyə Talibanla müəyyən kordinasiya ilə fəaliyyət göstərə bilər. Türkiyə Əfqanıstanda sülhü bərpa edib, razılaşma yolu ilə hökumət qura bilər. Bu isə təbii olaraq Türkiyənin uğuru olacaq və aparıcı ölkə kimi regionda nəzarəti ələ keçirəcək". 
 
Əzizə Zeynal
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakı və İrəvan arasındakı danışıqlara ümidvarıq - Zaxarova

Həm Azərbaycanla, həm də Ermənistanla yaxın münasibətləri olan Rusiya bu ölkələr arasındakı sərhədə, habelə sülhməramlı qüvvələrimizin yerləşdiyi Qarabağda olan...

Qızını boğan atanın ifadəsi dəhşətə gətirdi

İstanbulda (Türkiyə) 20 yaşlı qızını boğub öldürdükdən sonra damarlarını kəsib intihar etmək istəyən ata həbxsanaya göndərilib. Sfera.az xəbər verir ki, a...

Hulusi Akarın təyyarəsi təcili qəza enişi etdi

İçərisində Türkiyənin müdafiə naziri Hulusi Akarın olduğu təyyarə qəza enişi edib. Sfera.az xəbər evrir ki, bu barədə "Haber Global” məlumat yayıb. ...

Paşinyan Putinə zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Sfera.az xəbər verir ki, bu...

ABŞ-ı qarışdıran “Şimal Axını-2” qalmaqalı - Bayden Putinə "təslim olmaqda" ittiham edilir

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden Almaniya ilə "Şimal Axını-2” üzrə razılaşma əldə edildiyini elan etdikdən sonra həm respublikaçılar, həm d...

Bu ölkədə peyvənd olunmayanlar ictimai yerlərə buraxılmayacaq

Avqustun 1-dən etibarən Səudiyyə Ərəbistanında vaksinasiya olunmamış vətəndaşlar və əcnəbilər ictimai yerlərə buraxılmayacaqlar. Sfera.az xəbər verir ki, ...