No Image
No Image

ABŞ qondarma soyqırımı tanımaqdan imtina edə bilər? - "Bayden geri addım atmayacaq..."

ABŞ qondarma soyqırımı tanımaqdan imtina edə bilər? -
Bu gün Brüsseldə ABŞ prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq.

Görüş öncəsi gündəliyi açıqlayan Ərdoğan, müzakirə ediləcək məsələlər arasında 24 aprel qondarma soyqırım tarixinin ABŞ tərəfindən tanınmasınından söz açılacağını deyib.

Maraqlıdır, görüşdən sonra ABŞ-ın ermənilərin qondarma soyqırımını tanımaqdan imtina etməsi mümkündür? Bu yolda hansısa addım atıla bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Baydenin mövqeyindən dönməyəcəyini bildirib: "ABŞ prezdienti "qondarma soyqırımla" bağlı məsələni müzakirə etmək istəyində deyil. Türkiyə və ABŞ NATO-da strateji hərbi müttəfiqlərdir, Ermənistan vacib strateji müttəfiq deyil. Belə olduğu təqdirdə Baydenin soyqırımı tanıması ilə bağlı açıqlama verməsi müttəfiqlik anlayışına ziddir. Sadəcə, bunun altında gizli niyyətlər var və Ərdoğan bu məsələldə haqlı olduğunu sübut etmək istəyir. Nəticə etibarilə ABŞ prezidenti sözünü geri götürməyəcək. Ərdoğan ABŞ-ın bu məsələdə nə qədər yalnış mövqe ortaya qoyduğunu sübut etmək istəyir ki, bu da strateji müttəfiqqliyə təsir edə bilər.
 
Politoloq soyqırımın tanınması məsələsini Baydenin ilk "uğurlu" addımı kimi səciyyələndirib: "Soyqırımı tanımaq haqqında fikri geri götürmək ABŞ kimi hegemon ölkəyə yaraşmaz, Bayden bunu etməz. ABŞ sadəcə bu məsələ haqqqında danışmaqla, Ərdoğanın könlünü ala bilər. Erməni soqyırımının tanınması Bayden hakimiyyyətinin ilk addımı olmuşdu, o sözündən dönməz".

Əzizə Zeynal
Sfera.az
 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Taliban” Əfqanıstanda böyük şəhərləri ələ keçirdi: Laşkar Qax uğrunda döyüş gedir

ABŞ aviasiyasının  və Əfqanıstan hökumət qüvvələrinin davamlı hava zərbələrinə baxmayaraq, Laşkar Qax bütün gecə silahlıların güclü atəşi altında olub. ...

Türkiyədə meşə yanğınlarını törədən "Atəşin uşaqları" adlı terrorçular kimlərdir? - FOTO

Türkiyədə eyni vaxtda fərqli bölgələrdə baş verən yanğınlar təxribat ehtimalını ortaya qoyub. Sfera.az xəbər verir ki, 6 gün ərzində 35 rayonu əhatə edən ...

Türkiyədəki yanğınlarla bağlı son vəziyyət açıqlandı - VİDEO

Türkiyənin 8 bölgəsində yanğın davam edir. Sfera.az xəbər verirBu barədə Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli jurnalistlərə açıqlam...

Yanğında ölən Şahin üçün bu addımı atdı

Müğənni Aleyna Tilki konsertindən əldə edəcəyi gəliri meşə yanğınlarında yanğınsöndürənlərə yardımçı olarkən həyatını itirən Şahin Akdemirin xatirəsini əbədiləş...

Türkiyəyə meteorit düşdü - VİDEO

Türkiyənin İzmir şəhərinə meteorit düşüb.   Sfera.az "Sabah" qəzetinə istinadən bildirir ki, hadisə İzmir sakinləri tərəfindən müşahidə edilib.   ...

Bakı və İrəvan arasındakı danışıqlara ümidvarıq - Zaxarova

Həm Azərbaycanla, həm də Ermənistanla yaxın münasibətləri olan Rusiya bu ölkələr arasındakı sərhədə, habelə sülhməramlı qüvvələrimizin yerləşdiyi Qarabağda olan...