No Image
No Image

AVRO-2020: Belçika da 1/8 finala yüksəldi

AVRO-2020: Belçika da 1/8 finala yüksəldi
Futbol üzrə Avropa çempionatında B qrupunun II turuna yekun vurulub.

Sfera.az-ın məlumatına görə, turun növbəti qarşılaşmasında Danimarka və Belçika yığmaları üz-üzə gəlib. Kopenhagendəki "Parken" stadionunda təşkil olunmuş qarşılaşma Belçikanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı Danimarka millisinin hücumçusu Yussuf Poulsen açıb. 27 yaşlı forvard 1 dəqiqə 39-cu saniyədə fərqlənərək, Avropa çempionatları tarixinin ikinci ən sürətli qolunun müəllifi olub.

Fasilədən sonra "qırmızı şeytanlar" hesabda dönüş etməyi bacarıb. 55-ci dəqiqədə Torqan Azar, 70-ci dəqiqədə Kevin De Bruyne fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Bununla da Rusiyanın ardından (3:0) Danimarkanı da yenən Belçika millisi xalını 6-ya çatdıraraq, B qrupunun lideri kimi 1/8 finala növbəti vəsiqəyə sahib çıxıb. İlk vəsiqəni ötən gün A qrupundan İtaliya yığması əldə edib.

Qeyd edək ki, B qrupunda II turun digər görüşündə Rusiya Finlandiyaya 1:0 hesabı ilə qalib gəlib. Hazırda bu iki komanda 2-3-cü yerləri bölüşür. III turda Belçika Finlandiyanı, Rusiya Danimarkanı sınağa çəkəcək.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı güləşçi erməniyə qalib gəlib bürünc medal qazandı

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb. Sfera.az-ın məlumatına görə, bu dəfə yunan-Roma güləşçisi Rafiq Hüseynov fəxri kür...

Azərbaycan millisinin futbolçusu Niderland klubunda

 "Sabah" futbolçusu Ozan Can Kökçü ilə yollarını ayırıb. Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin keçidi il...

Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişdi

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (+78 kq) soyadını dəyişib. Bu barədə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat v...

Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirib. Sfera.az-ın mə...

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

 Bu gün futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.   Sfera.az xəbər verir ki, "Qarabağ” 3-cü mərhələdə Kiprin A...

"Neftçi" "Fənərbağça"ya potensial rəqib oldu - Avropa Liqasında

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Sfera.az-ın n məlumatına görə, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan "Neftçi"nin də poten...