Azad edilən ərazilərə qanunsuz keçmək istəyən şəxslər SAXLANILDI

Azad edilən ərazilərə qanunsuz keçmək istəyən şəxslər SAXLANILDI

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, iyunun 21 saat 17 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində rayon sakini Elmir Orucov idarə etdiyi avtomaşınla, sərnişinləri Rəşad İmanov və Bağman Kərimov ilə birlikdə işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar. 

Polis şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü E.Orucov 10 gün müddətinə inzibati qaydada həbs edilib, sərnişinlərin isə hər birinə 200 manat məbləğində cərimə tətbiq olunub.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İtkin düşən əsgərin atası: Dedi, ata, hücuma gedəcəyik - VİDEO

Baku TV-də yayımlanan "Arzu Kəlbinin reportajı”nın növbəti buraxılışı İkinci Qarabağ müharibəsində itkin düşən əsgər Aydın Feyzullayevə həsr olunub. Sfera...

BBC: Ermənilər müharibənin 1 ili haqqında nə düşünür? - VİDEO

Yerevan sakinlərindən müharibədən keçən bir il ərzində onların həyatında nəyin dəyişdiyi ilə bağlı sorğu keçirilib. Sfera.az xəbər verir ki, sorğunu BBC...

Qətərdə yaşayan azərbaycanlılar bəyanat yaydılar

Qətərdə fəaliyyət göstərən Azərbaycan icması 27 sentyabr – Anım Günü ilə əlaqədar bəyanatla çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a v...

Selçuk Bayraktar Anım Günü ilə bağlı paylaşım etdi

Türkiyənin "Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar 27 sentyabr - Anım Günü ilə bağlı tvitterdəki hesabında paylaşım edib. Sfera.az-ı...

İsmayıllıda 27 sentyabr Anım Günü - FOTOLAR

İsmayıllı rayonunda 27 Sentyabr-Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş tədbir k...

Daha 44 qaziyə avtomobil təqdim olundu - FOTOLAR

27 sentyabr – Anım günündə Vətən müharibəsində 44 gün ərzində aparılmış uğurlu hərbi əməliyyatların iştirakçılarına – qazilərə Əmək və Əhalinin Sosial Müdafiəsi...