No Image
No Image

Azərbaycan Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirildi

Azərbaycan Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirildi
Azərbaycan Respublikası Prokurorluğunun başlıca fəaliyyət istiqamətlərindən olan ölkəmizin hüquq ictimaiyyəti, aparıcı elm və təhsil müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verən Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, şuranın iclasında Azərbaycan Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, "ADA”, Milli aviasiya akademiyaları, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük akademiyaları, eləcə də İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndələri iştirak ediblər.

Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlievin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma prosesləri, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi və bu mühüm sənədin ölkəmiz və bütövlükdə regionumuz üçün əhəmiyyəti, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququnu pozulması, məqsədli şəkildə və geniş miqyasda həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhdid yaradan minaların basdırılması məsələsinin davamlı şəkildə beynəlxalq müstəvidə qaldırılması istiqamətində görülən işlər, eləcə də mühüm əhəmiyyət kəsb edən digər məsələlər barədə məlumat vermişdir.

Daha sonra Şuranın iclasında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi təsis edilmiş, Şura üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri təyin edilmişdir.

Təlim Mərkəzi prokurorluq, digər hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları, özəl sektorda çalışan şəxslər, tələbələr üçün korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu və özəl sektorda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış və s. məsələlərlə bağlı qısa və uzun müddətli təlim, treninqlərin təqdim edilməsi yolu ilə tədris və peşə hazırlığının həyata keçirilməsi məqsədilə yaradılmışdır.

İclasda "Korrupsiyaya qarşı mübarizəyə dair təlim vəsaiti” (Anti-corruption Training Handbook) və "Dövlət qulluğunda etik təlimə dair vəsait: konsepsiya və təriflər, etik dəyərlər və davranış standartları” (Ethics in Public Service Training Handbook: Concepts and definitions, ethics, values and conduct standards) adlı kitabların təqdimatı keçirilmişdir.
Tədbirdə Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Emil Kərimov tərəfindən müəllifi olduğu "Odlu silahdan istifadə edilməklə törədilən cinayətlər üzrə hadisə yerinə və meyitə baxış keçirilməsinə dair metodik tövsiyə” adlı vəsaitin də təqdimatı keçirilmişdir.

İclas çərçivəsində Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tərəfindən 2000-2020-ci illər ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə istintaqı aparılmış cinayət işləri və araşdırma materialları üzrə tədqiqatın nəticələri təqdim edilmiş, istintaq və məhkəmə təcrübəsinə aid statistik göstəricilər və bununla bağlı təhlillər Şura üzvlərinin diqqətinə çatdırılmışdır.
Həmçinin, Avropa Şurasının Bakı Ofisinin rəhbəri – səfir Zoltan Hernyeş tədbirə dəvət edilərək qonaq qismində iştirak etmişdir.
Tədbirdə Şura üzvləri arasında geniş müzakirələr və faydalı fikir mübadiləsi aparılmışdır.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Videosu yayılan uşağın anası danışdı: "Dayənin uşağımı döyməsindən xəbərim var"

"Həmin videoda nə döyülmə, nə də şiddət yoxdur. O videonu çəkən şəxs dayənin üstünə hücum edir, o da özünü itirir. Sübut eləsinlər ki, həqiqətən mənim uşağımı d...

Azərbaycanda bu həftə havanın temperaturu 43 dərəcəyə yüksələcək

Avqustun 4-8-də ölkədə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, hava şəraitinin isti keçə...

Prezident növbəti “ASAN xidmət”in açılışında iştirak etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Sfera.az xəbər verir ki, Prezident yanın...

Bakıdakı şam ağacları niyə quruyur? - Ekoloji fəlakətin bir addımlığında...

Bakı şəhəri və ətrafında SSRİ zamanında, eyni zamanda sonradan əkilmiş şam ağacları quruyur. Xüsusilə bu proses Bayıl yamacında müşahidə olunur. Bu barədə artıq...

Sabah Bakıda 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hid...

“Deputat bu hərəkəti ilə dövlətin nüfuzuna zərbə vurub” - Baş prokuror

"Deputatların səlahiyyətləri var. Deputat məlum hadisədə səlahiyyətlərini aşıb. Ona görə də ona vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılıb”. ...