No Image
No Image

Azərbaycan Ermənistandan mina xəritələrini almağa davam edəcək: Növbədə hansı rayondur? – AÇIQLAMA

Azərbaycan Ermənistandan mina xəritələrini almağa davam edəcək: Növbədə hansı rayondur? – AÇIQLAMA
Ötən həftə işğaldan azad olunan Ağdam rayonunun minalanmış ərzailərinin xəritələri 15 erməni əsirin müqabilində Azərbaycan tərəfinə verildi. Qarşıdakı zaman ərzində digər rayonların da mina xəritəsinin verilməsi gözlənilir.
 
Görəsən, Ağdam rayonunun ardınca hansı rayonunun minalanmış hissəsinin xəritəsi Azərbaycana təhvil verilə bilər? 

Mövcud sual ətrafında Sfera.az-a danışan deputat Azər Badamov minalanmış ərazilərin xəritəsini Ermənistanın uzun müddət saxlaya bilməyəcəyini bildirib:
 
"Məlum olduğu kimi işğaldan azad olunan ərazilərdə minatəmizləmə prosesi həm yerli, həm də beynəlxalq səviyyəli qurumların nümayəndələri tərəfindən aparılır. Lakin xəritələrin məlum olmaması hər kvadrat metrin bizim tərəfimizdən yoxlanılmasını tələb edir. Tərəfimizdən Ermənistana çox sayda müraciət edilib ki, xəritələr təqdim edilsin. Beynəlxalq təşkilatlarda nümayəndələrimiz vasitəsilə ən çox qabardılan məsələlərdən biri də budur. Bu istiqamətdə gördüyümüz işlərin nəticəsidir ki, Ağdamın xəritəsi təhvil verildi. Artıq növbə digər rayonlarındır. Düşünürəm ki, Ağdam kimi işğaldan azad olunan digər rayonların da mina xəritəsi alınacaq. Ermənilər bu xəritələri uzun müddət özündə saxlaya bilməz, bu beynəlxalq konvensiyalara ziddir". 

Deputat növbədə hansı rayonun olması məsələsinə aydınlıq gətirib:

"Ağdam təmas xəttində yerləşdiyi üçün bu rayon daha çox minalanmışdı ki, biz qayıdarkən itkilər çox olsun. Lakin müzəffər ordumuz Ağdamı azad edərkən arxadan hücuma keçib, düşmənə zərbə endirdi. Bizim üçün hansı rayonun mina xəritəsinin verilməsinin fərqi yoxdur. Hansı rayonun xəritəsi veriləcəksə, orada bərpa işləri aparılacaq və əhali məskunlaşacaq". 

Əzizə Zeynal
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Laçın dəhlizindəki atışma xəbəri ilə bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatlar...

Makron İrəvandan sonra Xankəndiyə gələcək? – “99,9 faiz inanıram ki...”

"Emmanuel Makron bu avantüraya gedərsə, Bakı Parislə diplomatik münasibətləri ən aşağı səviyyəyə endirəcək”.   Bu sözləri Sfera.az-a açıqlamasında p...

Ermənilər növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutdu

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının ...

Birgə Monitorinq Mərkəzindəki türk hərbçilər niyə susur? - “Mütləq reaksiya verilməli idi...”

"Atəşkəsin pozulması uzun müddət davam etmir, 10-15 dəqiqə çəkir. Həmin anı tutmaq, fiksə etmək məsələsində Monitorinq Mərkəzinin problemləri ola bilər”. ...

Rəsmi Bakıdan Ermənistan XİN-in addımına CAVAB

"Ermənistan XİN-in bu addımı bir daha onu göstərir ki, bu ölkə hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgiləyir”. Sf...

Paşinyan Arayik fiqurunu şahmat taxtasından götürür – Köməkçisini Xankəndiyə göndərdi

Ötən gün Nikol Paşinyan köməkçisi Qagik İsaxanyanın Yuxarı Qarabağ ərazisinə göndərilməsinə dair bir sərəncam imzalayıb. Bundan əvvəl isə Paşinyan Putinlə Mo...