No Image
No Image

Azərbaycanda mühafizəçi peşəsi üzrə hazırlıq kursu başlayır – ŞƏRTLƏR

Azərbaycanda mühafizəçi peşəsi üzrə hazırlıq kursu başlayır – ŞƏRTLƏR
Dövlət Məşğulluq Agentliyi (DMA) ilə "GESCO” ASC arasında əməkdaşlıq çərçivəsində "mühafizəçi” kursu təşkil olunacaq.  

Sfera.az xəbər verir ki, bu haqda məlumat DMA-nın saytında yer alıb. 

Mənbə bildirir ki, kurs Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxsləri əhatə edir. 

Azərbaycan Respublikasının vətəndaşı olan, həqiqi hərbi xidməti bitirmiş, məhkumluğu olmayan,  boyu 170 sm-dən yuxarı, 20-50 yaş arasında fiziki cəhətdən tam sağlam, minimum orta təhsilli kişi namizədlər kursda təhsil almaq üçün müraciət edə bilərlər. 

Kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslər "GESCO” ASC tərəfindən mühafizəçi işi ilə təmin olunacaqlar. 

Qeyd olunan tələblərə uyğun şəxslər Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Məşğulluq Mərkəzi filiallarına və "DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər. 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu həftə havanın temperaturu 43 dərəcəyə yüksələcək

Avqustun 4-8-də ölkədə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, hava şəraitinin isti keçə...

Prezident növbəti “ASAN xidmət”in açılışında iştirak etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Sfera.az xəbər verir ki, Prezident yanın...

Bakıdakı şam ağacları niyə quruyur? - Ekoloji fəlakətin bir addımlığında...

Bakı şəhəri və ətrafında SSRİ zamanında, eyni zamanda sonradan əkilmiş şam ağacları quruyur. Xüsusilə bu proses Bayıl yamacında müşahidə olunur. Bu barədə artıq...

Sabah Bakıda 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hid...

“Deputat bu hərəkəti ilə dövlətin nüfuzuna zərbə vurub” - Baş prokuror

"Deputatların səlahiyyətləri var. Deputat məlum hadisədə səlahiyyətlərini aşıb. Ona görə də ona vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılıb”. ...

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

 Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb. Sfera.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbəd...