No Image
No Image

Azərbaycanda olan hansı vaksin daha yaxşıdır? - Adil Qeybulla adını açıqladı

Azərbaycanda olan hansı vaksin daha yaxşıdır? - Adil Qeybulla adını açıqladı
Bu gündən Azərbaycanda koronavirus əleyhinə "Pfizer” peyvəndinin tətbiqinə başlanılır. Hazırda "Pfizer”lə yanaşı, Çinin "Sinovac Biotech”, Rusiya istehsalı olan "Sputnik V” vaksinləri də istifadolunur. Bu baxımdan vətəndaşlar seçim qarşısında qalıb və hansı vaksinin daha effektli olması ilə maraqlanır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Sfera.az-a açıqlamasında deyib ki, ölkədə vaksinlərin seçimi insanların əlində deyil: "Vaksinlərin nə qədər olmasından asılı olmayaraq, onlar paylanılacaq. Ola bilər ki, kiməsə "Pfizer”, kiməsə "SinoVac” və ya "Sputnik-V” düşsün”.

Müsahibimiz hansı peyvəndin daha effektli olduğundan da söz açıb: ""Pfizer” matrisalı RNT tərkibli bir vaksindir. Bu, biotexnologiyanın müasir üsulu ilə alınıb və effektlilik dərəcəsinə görə ən yüksək səviyyəli peyvənd hesab edilir. Amma hamıya bunun vurulma imkanı yoxdur. Çünki digər vaksinlər də var. İstifadə üçün "Pfizer” daha məqsədəuyğun olsa da, bunu imkanlar daxilində etmək mümkündür”.

Qeyd edək ki, 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Son statistikaya əsasən, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı isə,  2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edir.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Həkim "Delta" ştammına yoluxmuş 31 nəfərlə bağlı rəsmi açıqlama tələb etdi: "İnsanları qorxutmayın..."

Daha bir həkim "Delta” ştammı ilə bağlı hansısa narahatlığa əsas olmadığını deyib. Sfera.az bildirir ki, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr m...

“Mövcud peyvəndlərin yeni versiyaları hazırlanmalıdır...” – Yeni ştamma qarşı yeni vaksin?

Xəbər verdiyimiz kimi Azərbaycanda 31 nəfərdə koronavirusun "Delta” variantı aşkar olunub. Eyni zamanda 9 nəfərdə "Alfa” ( Britaniya) ştammı müəyyən edilib. A...

Azərbaycanda koronavirusun "Delta" ştammı AŞKARLANDI

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə açıqlama yayıb. ...

Mütəxəssisdən uşaqlarla bağlı SOS SİQNALI: "Delta" təhlükəsi ilə üz-üzədirlər"

"Uşaqlar "Delta" variantına yoluxma təhlükəsi ilə üz-üzədirlər".   Sfera.az bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətini...

TƏBİB 16 həkimi işdən çıxardı - SƏBƏB

Əlilliyin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə tibb müəssisələrində araşdırma aparılıb. TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, 2021...

Vaksinasiya növbəsi uşaqlara çatdı? – “İlkin mərhələdə 15 yaşdan 18 yaşadək...”

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib. Bildirilib ki, uşaqlar C...