No Image
No Image

Azərbaycanın tədiyə balansında 325,9 milyon dollar profisit yaranıb

Azərbaycanın tədiyə balansında 325,9 milyon dollar profisit yaranıb
2021-ci ilin birinci rübündə Azərbaycanın tədiyə balansında 325,9 milyon dollar profisit yaranıb. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, profisitin yaranmasına qlobal əmtəə bazarlarında neft və digər məhsulların qiymətlərinin yüksəlməsi, qeyri-neft ixracının genişlənməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyillərin yaranması təsir edib. 

Ötən ilin birinci rübündə tədiyə balansında 1,343 milyard dollar kəsir qeydə alınmışdı. Tədiyə balansının əsas hissəsi olan cari əməliyyatlar balansında 627,7 milyon dollar profisit olub. 2020-cu ilin I rübü ilə müqayisədə profisit məbləği bir qədər azalıb. Ötən ilin ilk 3 ayında profisit 646,3 milyon dollar olmuşdu. 

Profisitin azalmasına neft qiymətləri təsir göstərib. 2020-ci ilin birinci rübündə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 58 dollar olduğu halda, bu ilin eyni dövründə 52 dollar təşkil edib. 

Cari əməliyyatın strukturuna nəzər yetirdikdə görürük ki, bu ilin ilk rübündə neftin ucuzlaşması xarici ticarətdə müsbət fərqi xeyli kiçilib. Ötən il 1,873 milyard dollar olan xarici ticarət profisiti bu il 1,548 milyard dollara qədər geriləyib. 
Əvəzində xidmətlər, ilkin gəlirlər və təkrar gəlirlər balansında müsbət dəyişiklik baş verib. Amma müsbət dəyişikliklər xarici ticarətdəki fərqdən zəif olduğundan  cari əməliyyatlar balansı kiçilib. 

2021-ci ilin birinci rübündə tədiyə balansında qeydə alınan əsas müsbət hadisə maliyə hesabı ilə bağlıdır. Ötən ilin birinci rübündə maliyyə hesablında 1,394 milyard dollar kəsir yaranmışdısa, bu ilin eyni dövründə 14,4 milyon dollar profisit qeydə alınıb. Məhz maliyə hesabındakı kəsirin aradan qalxması ümumən tədiyə balansında profisitin yaranmasına səbəb olub. Maliyyə hesabındakı profisit xalis öhdəliklərin artması hesabına baş verib. İlk 3 ayda ölkəmizdən çıxan xalis vəsait 524,4 milyon dollara qarşılıq, ölkəmizə gələn xalis vəsait 538,8 milyon dollar olub. 

Ötən ilin ilk rübündə ölkəmizdən çıxan xalis vəsait 1,526 milyard dollar təşkil etmişdi ki, bu da daxil olan xalis vəsaitdən 1,394 milyard dollar çox idi. 
Bu il çıxan xalis vəsaitlərin azalması xarici ölkələrə investisiya qoyuluşunun azalması sayəsində mümkün olub. 

Vasif   
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Aİ-95” markalı benzin ucuzlaşacaq – Bu tarixdən sonra...

Azərbaycanda "Aİ-95” markalı avtomobil benzininə tələbin artması müşahidə edilir. Bununla əlaqədar olaraq son illərdə ölkəmizə daha çox "Aİ-95” benzini idxal ol...

“Aİ-98” markalı benzinin bahalaşması nə ilə nəticələnək? - İZAH

2021-ci ilin avqustun 1-dən Azərbaycanda "Aİ-98” markalı avtomobil benzinin 1 litrinin pərakəndə satış qiyməti 5 qəpik artırılaraq 1,6 manata çatdırılıb. ...

Azərbaycanda bu markalı benzinin qiyməti qalxdı

Azərbaycanda "Aİ-98” markalı benzinin qiyməti qalxıb.   Sfera.az xəbər verir ki, Azərbaycanda "Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60...

Azərbaycan nefti 3 %-dən çox ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,38 ABŞ dolları, yaxud 3,14% azalıb. Sfera.az xəbə...

Bu meyvə-tərəvəzlər iki dəfə BAHALAŞDI

Son zamanlar rayonların mərkəzi bazarlarında pomidor və xiyarın qiymətləri kəskin qalxıb. Ötən həftə pomidorun bir kilosu 15-20, xiyarın bir kilosu isə 40-50 qə...

Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu BP-dən SOCAR-a ötürüldü

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) operatorluğunun "BP Exploration (Shah Deniz) Limited” şirkətindən "SOCAR Midstream Operations Limited” şirkətinə ötürülməsi ...